İlham Əliyev Bolqarıstan və Moldovanın yeni seçilmiş prezidentlərini təbrik edib

İlham Əliyev Bolqarıstan və Moldovanın yeni seçilmiş prezidentlərini təbrik edib
18:17 15 Noyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının yeni seçilmiş prezidenti Rumen Radevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Radev,

Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan və Bolqarıstan arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, birgə səylərimizlə siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da möhkəmlənməsinə, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına töhfə verəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

X X X

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Moldova Respublikasının yeni seçilmiş prezidenti İqor Dodona təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Dodon,

Moldova Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişaf etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/489716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR