Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Prezident Beyləqan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Prezident Beyləqan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Baş nazir: "2016-cı ildə Azərbaycanda 400-dən çox sənaye müəssisəsi açılıb" (17 Mart 2017 14:17)
AFFA-nın bir illik xərci: 19 milyon 592 min 502 manat (15 Mart 2017 11:27)
Füzulidə 47 min manatlıq OĞURLUQ (27 Fevral 2017 11:59)

Tarix: 15 Noyabr 2016 18:17

Bakı. 15 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Beyləqan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
“Report”un xəbərinə görə, sərəncam Beyləqanda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 25 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə verilib.
Sənədə əsasən, Beyləqan şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Teqlər:  Prezident Beyləqan Rayon İcra Hakimiyyətinə milyon manat ayırıb



RƏYLƏR


Top xəbərlər