Zühal Topalın evlilik verilişində məşhurlaşan azərbaycanlı qız Naz Mila Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, o, özü bu barədə İnstaqram səhifəsində bildirib. Hesabında foto və videolarını paylaşan Naz izləyicilərinin marağına səbəb olub. Bakıda doyunca gəzib əylənən qız, hətta, qalyan da çəkib.
Qeyd edək ki, Naz evlilik verlişində Baha adlı şəxslə münasibətindən sonra məşhurlaşmağa başlayıb. Azərbaycanlı qız qalmaqallı açıqlamaları ilə həm Türkiyə mətbuatında, həm də Azərbaycan mətbuatında tanınıb.