Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev bir qrup şəxsi təltif etdi

Prezident İlham Əliyev bir qrup şəxsi təltif etdi

Date: 15 November 2016 18:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafında xidmətlərinə görə bir qrup şəxsin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsinlər:

Həsənli Sabir Hüseyn oğlu

Əliyev Füzuli Həbib oğlu

Yuşvayev Simax Barux oğlu

Şneor Seqal Yosef oğlu

Nesterov Aleksandr Gennadiyeviç".

Milli.Az


Tags:  Prezident İlham Əliyev qrup şəxsi təltif etdi

RƏYLƏR


Top news