Bu gün İsmayıllıda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Əyyubbəyli kəndində "Mercedes" və "Niva" markalı iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, "Niva" markalı avtomobildən 1967-ci il təvəllüdlü Məmmədov Əhməd Heybət oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Milli.Az