Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsrail 6 ildən sonra Türkiyəyə yeni səfir təyin edib

İsrail 6 ildən sonra Türkiyəyə yeni səfir təyin edib

Date: 15 November 2016 18:42

Bakı. 15 noyabr. REPORT.AZ/ İsrail 6 ildən sonra Türkiyəyə yeni səfir təyin edib. 
"Report" NTV-yə istinadən xəbər verir ki, Tel-Əvivin Ankaradakı maraqlarını Eitan Naeh qoruyacaq. 
Məlumata görə, E.Naeh bu posta gətirilənədək İsrailin Böyük Britaniyadakı səfirliyinin müşaviri işləyirdi. 
Qeyd edək ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. Həmin dövrdə Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın edib. Nəticədə Türkiyənin 9 vətəndaşı öldürülüb. Bu il iyunun 29-da İsrail hökuməti Türkiyə ilə normallaşma razılaşmasını təsdiqləyib. İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzr istəyib. Avqustun 20-də isə Türkiyə parlamenti rəsmi Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşdırılması ilə bağlı razılaşma sənədini təsdiqləyib. Sənədə əsasən, İsrail Türkiyəyə 25 gün ərzində 20 milyon dollar məbləğində təzminat ödəyəcək. Anlaşmaya görə, İsrail hərbçiləri hüquq və cəza məsuliyyətindən azad ediləcək. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.


Tags:  İsrail ildən sonra Türkiyəyə yeni səfir təyin edib

RƏYLƏR


Top news