Azərbaycanda 1000 kişiyə 1007 qadın düşür

Azərbaycanda 1000 kişiyə 1007 qadın düşür
18:43 15 Noyabr 2016
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkə əhalisinin sayı ilin əvvəlindən 79,0 min nəfər və ya 0,8 faiz artıb.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, oktyabr ayının 1-i vəziyyətinə əhalinin sayı 9784,6 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub.

Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Bu ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 119,7 min, yaxud hər gün orta hesabla 437 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qızdır. Körpələrin 2090-ı əkiz, 54-ü isə üçəmdir.

Ölkə üzrə bu ilin ilk 9 ayı ərzində 42,0 min ölüm halı qeydə alınıb, ölüm səviyyəsi hər 1000 nəfər əhaliyə 5,8 olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/176050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR