Nisə Qasımova Brilliantla barışmayıb: "Yalandan uydurulmasın..."

Nisə Qasımova Brilliantla barışmayıb: "Yalandan uydurulmasın..."
18:49 15 Noyabr 2016
153 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Nisə Qasımova 7 ildir küsülü olduğu Brilliant Dadaşovaya barışıq addımı atması ilə bağlı xəbərə münasibət bildirib. 

Lent.az-ın məlumatına görə, müğənni yanlışlıq olduğunu, heç bir barışıq addımı atmadığını deyib. 

O bildirib ki, qarşı tərəf barışıq addımı atsa, geri çevirməyəcək: "Məndən soruşdular ki, "Brilliant Dadaşova gəlib barışmaq istəsə, "salam" versə, necə reaksiya göstərərsiniz?" Barışıq təşəbbüsü irəli sürməmişəm, bu cür qələmə verilmək istəmirəm. Yalandan uydurulmasın ki, "Nisə xanım barışığa əl atdı". Xeyr, barışığa əl atmadım. Demişəm ki, "salam" versə, qucaqlayaram. Barışmaq üçün cəsarətim var, heç nədən utanmıram. Bir nəfərə barışıq jesti etmişəm, bu da Faiq Ağayevdir. O, mənim ürəyimdə xüsusi yer tutub".

 

Qeyd edək ki, bir neçə gün öncə telekanalların birində gedən verilişdə N.Qasımovanın B.Dadaşovaya barışıq jesti etdiyi iddia edilirdi. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259574

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR