Putin-Tramp danışığı bombardmanla bitdi - VİDEO

Putin-Tramp danışığı bombardmanla bitdi - VİDEO
18:58 15 Noyabr 2016
331 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın yeni prezidenti Donald Trampla telefon danışığından bir neçə saat Rusiya Suriyada bombardmanları bərpa edib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, sinxron olaraq Suriyanın hökumət qüvvələri Hələbə aviazərbələr endirməyə başlayıb.

İlk zərbələr Hələbin şərqində mövqe tutan müxalifət qüvvələrinə endirilib. Halbuki, Rusiya hərbçiləri Suriyanın İdlib və Xüms vilayətlərində “Admiral Kuznetsov” təyyarədaşıyanın istifadəsi ilə genişmiqyaslı əməliyyatın başlandığını elan edib.

Suriya İnsan Haqları üzrə Təşkilatına istinadən “The Guardian” aviazərbələr nəticəsində üç nəfərin öldüyünü yazıb.

Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Rusiyanın dövlət başçısı ABŞ-ın yeni liderini prezident seçilməsi münasibəti ilə təbrik edib. Putin Trampla danışığında ABŞ-ın yeni adminstrasiyası ilə tərəfdaşlıq etməyə hazır olduqlarını vurğulayıb. İnformasiyaya əsasən, tərəflər iki ölkə arasında müansibətlərin gələcəyindən, ABŞ-Rusiya münasibətlərinin normallaşması üzrə birgə işləməkdən də danışıblar.

“Daily Express” nəşri telefon söhbətinin Amerika-Rusiya münasibətlərində “yeni era” kimi qeyd edib. Nəşr bildirib ki, Putinlə Trampın ilk təması Avropa İttifaqının liderləri arasında təlaşı yaradıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR