Qeyri-neft-qaz sahələrində sıçrayış

Qeyri-neft-qaz sahələrində sıçrayış
19:03 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Yanvar-oktyabr aylarında ölkə rezidentləri tərəfindən 49223,4 milyon manat və ya əhalinin hər nəfərinə 5111,6 manat dəyərində ümumi daxili məhsul istehsal edilib.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ÜDM istehsalının 37,6 faizi sənayenin, 10,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinin, 10,3 faizi tikintinin, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 17,4 faizi isə digər sahələrin payına düşüb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 3,7 faiz azalmış, azalmanın əsas səbəbi isə tikinti sektorunda məhsul və xidmətlər istehsalının 27,4 faiz azalması olub.

Eyni zamanda, informasiya və rabitə sahələrində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 1,8 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 2,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1,5 faiz, sənayedə isə 0,5 faiz artıb.

Ümumi daxili məhsulun 65,8 faizi iqtisadiyyatın qeyri-neft-qaz sahələrində istehsal edilib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/176053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR