Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Həvəskar səviyyədə 60 yaşıma kimi oynamaq fikrində deyiləm"

"Həvəskar səviyyədə 60 yaşıma kimi oynamaq fikrində deyiləm"

Date: 15 November 2016 19:12

"Real Madrid"in hücumçusu Kriştianu Ronaldo səhhəti imkan verdiyi qədər futbol oynamaq fikrindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz gələcəkdə başqa fəaliyyət sahəsində özünü yoxlamağı da istisna etmir.

"41 yaşımdan sonra nə edəcəm? Bəlkə də, yeni müqavilə imzalaram. Heç kim gələcək barədə tam əminliklə danışa bilməz. Getməyə səbəb görmədiyim zamana qədər oynamaq istəyirəm. Amma bir neçə ildən sonra elə bir şey baş verə bilər ki, meydana çıxmaq mümkün olmaz. Həvəskar səviyyədə 60 yaşıma kimi oynamaq fikrində deyiləm. Başqa işlə də məşğul olacam. Futbol həyatda yeganə şey deyil. Futbolu çox sevirəm, amma bir vaxt başqa işi sınaqdan keçirməli olacam".

Milli.Az


Tags:  Həvəskar səviyyədə 60 yaşıma oynamaq fikrində deyiləm

RƏYLƏR


Top news