Ermənilər Qarabağa dəvəquşu gətirirlər - FOTO

Ermənilər Qarabağa dəvəquşu gətirirlər - FOTO
19:32 15 Noyabr 2016
319 Ölkə
Ölkə mətbuatı
A- A+

İlk öncə belə təəssürat yaranır ki, Qarabağ hara, Afrika hara və ya Qarabağ hara dəvəquşu hara. Bəli, inandırıcı gəlməsə də belədir.

Məlum olduğu kimi isti Afrika qitəsinin iqliminə öyrəşən bu quşları Qafaqazda, daha doğrusu Qarabağ iqlimində yetişdimək elə də asan iş deyil.

Lakin ermənilər bunu bacarıblar.

2011-ci ilin yayında erməni sahibkar Ararat Baghiryan erməni hökümətindən 5 il müddətinə 25 milyon dram (65 min dollar) məbləğində kredit götürməklə Afirka qitəsində yerləşən Keniya dövlətindən 50 baş dəvəquşu alıb Qarabağa gətirib.

Erməni sahibkar dəvəquşularını Qarabağa gətirdikdən sonra Xocavənd rayonu Kiş kəndində öz şəxsi hesabına boş ərazini alıb və öz təssərüfatını qurub. Dəvəquşularını Qarabağa gətirməkdə erməni sahibkarın məqsədi onların yumurtası, əti, dərisi, lələkləri və.s istehsalını yaratmaq olub. Satış bazarı kimi, əsasən, Ermənistan nəzərdə tutulub.

Gətirilən dəvəquşular 3-5 aylıqlarındadırlar. Qidalandıqca daha da böyüyüb öz normal çəkilərini alırlar.

Dəvəquşularını bəsləməyin elə də asan olmadığını etiraf edən Ararat onları qarğıdalı, yonca, arpa, soya və.s qidalarla yemləyir. Bir dəvəquşu gün ərzində təxmini 3,5 kq-a yaxın qida qəbul edir. Sahibkar qeyd edir ki, quşlar isti Afrikadan Qarabağ iqliminə tez adaptasiya olurlar. Sahibkar bu işə başlamamışdan öncə müxtəlif ölkələrin təcrübəsini öyrənib.

Gördüyünüz kimi işğal olunmuş Qarabağ torpaqlarında düşmən boş dayanmır. Dəvəquşulara kimi saxlayır. Daim fəaliyyətdə olan düşmən istər yeralti sərvətlərimizi, istersədə yerüstü sərvətlərimizi talayır.

Bizə isə kənardan seyr etmək qalır. 

Babək Cəfərov
Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/489728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR