Türkiyə gündəlik qaz idxalını 350 mln. kubemtrə çatdırmağı planlaşdırır

Türkiyə gündəlik qaz idxalını 350 mln. kubemtrə çatdırmağı planlaşdırır
19:57 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı.15 noyabr.REPORT.AZ/ Türkiyənin BOTAŞ şirkəti (Boru Hatları ilə Petrol Taşıma AŞ) qaz idxalını gündəlik 200 mln. kubmetrdən 350 mln. kubmetrə çatdırmağı planlaşdırır.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə hazırda Rusiyadan çəkilən Qərb Boru xəttindən gündəlik 42 mln. kubmetr, “Mavi axın” Boru xəttindən isə gündəlik 47,3 mln. kubmetr təbii qaz alır.
Azərbaycandan gündəlik 19 mln.kubmetr (Bakı-Tbilisi-Ərzurum boru kəmərindən), İrandan gündəlik 28,5 mln. kubmetr həcmində qaz Türkiyənin təbii qaz sisteminə daxil olur.
Özəl sektora aid “Əliağa LNG Terminalı”ndan isə gündəlik 25 mln. kubmetr qaz ötürülür. Ölkənin qaz sisteminə “Mərmərə Ereğlisi LNG Terminalı”ndan gündəlik 18 mln. kubmetr qaz daxil olur. “Silivri Quzey Mərmərə-Dəyirmanköy” qazsaxlama təsisatında gündəlik 25 mln. kubmetr qaz alınır.
Türkiyənin pik dönəmdə gündəlik maksimum qaz tələbatı 230 mln. kubmetrə çatır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/turkiye-gundelik-qaz-idxalini-350-mln-kubemtre-catdirmagi-planlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR