Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsmayıllıda "Azərsu"ya məxsus avtomobil qəza törədib: ölənlər və yaralananlar var

İsmayıllıda "Azərsu"ya məxsus avtomobil qəza törədib: ölənlər və yaralananlar var

Date: 15 November 2016 20:02

İsmayıllı. 15 noyabr. REPORT.AZ/ İsmayıllı rayonunda ağır yol qəzası baş verib. 
"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 170-ci kilometrliyində, rayonun Eyyubəyli kəndi ərazisində qeydə alınıb. 
Belə ki, "Niva" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə ikincisi yoldan çıxaraq aşıb və zərbənin gücündən iki hissəyə ayrılıb. Hər iki avtomobildə ölənlər və yaralananlar var. 
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Niva" markalı avtomobil "Azərsu" ASC-nin balansındadır və qəza zamanı ölən sürücü də bu qurumun işçisidir. 


Tags:  İsmayıllıda Azərsuya məxsus avtomobil qəza törədib ölənlər yaralananlar var

RƏYLƏR


Top news