Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

DTX Astara gömrük idarəsində keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb

DTX Astara gömrük idarəsində keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb

Date: 15 November 2016 20:07

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınıb. 
Bu barədə "Report"a DTX-nın İctimai əlaqələr şöbəsindən məlumat verilib. 
Belə ki, 2016-cı il oktyabrın 27-i və 28-də Astara gömrük idarəsinin gömrük keçid məntəqəsindən gömrük nəzarətindən gizli ümumi çəkisi 8 kiloqram 291 qram qızıl külçələri bədənlərinin müxtəlif nahiyələrinə bağlamaqla çıxaran Azərbaycan Respublikasının vətəndaşları C.Cəfərov və A.Nəhmətov saxlanılıblar.
Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən cinayət işi başlanılaraq davam etdirilən araşdırmalar nəticəsində, əldə etdikləri qızıl məmulatlarını külçə halına salaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli çıxarmaqda şübhəli bilinən daha 6 nəfər şübhəli şəxs qismində tutulub. Aparılmış axtarışlar zamanı qanunsuz sex qismində fəaliyyət göstərən ayrı-ayrı ünvanlarda qaçaq yolla ölkədən çıxarmaq məqsədi ilə külçə halına salınması üçün toplanılmış xeyli qızıl-zinət əşyaları, eləcə də müxtəlif ölçülü qəliblər aşkar edilərək götürülüb.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Tags:  DTX Astara gömrük idarəsində keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb

RƏYLƏR


Top news