Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR Rumıniyada növbəti kampaniyaya start verib

SOCAR Rumıniyada növbəti kampaniyaya start verib

Date: 15 November 2016 20:57

Buxarest. 15 noyabr. REPORT.AZ/ SOCAR-ın Rumıniyadakı "SOCAR Petroleum SA" şirkəti ölkə ərazisində daha bir kampaniyaya start verib. 
Şirkətdən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, "SOCAR Petroleum SA" sadiq müştəriləri üçün “Sənin yolların daha asandır” qış kampaniyasına başlayıb. Rumıniya ərazisində SOCAR brendi altında fəaliyyət göstərən 34 yanacaqdoldurma məntəqəsində 50 lei (22 AZN) civarında alış-veriş edən müştərilər kassa çekinin nömrəsini SMS vasitəsilə 3773* nömrəsinə göndərməklə kampaniyada iştirak etmək hüququ qazanacaqlar. Kampaniya 3 mərhələdə təşkil olunacaq. 
Birinci (15 noyabr – 15 dekabr) və ikinci (15 dekabr – 15 yanvar) mərhələlərdə ümumilikdə 62 ədəd 200 leilik ( 80 AZN), üçüncü mərhələdə (15 noyabr – 15 yanvar) isə 1 ədəd 1000 leilik (400 AZN) əsas uduş – yanacaq kartları sahiblərini tapacaq. Hər bir mərhələnin sonunda kampaniyanın qaliblərinə yanacaq kartları təqdim olunacaq.
Xatırladaq ki, “Sənin yolların daha asandır” qış kampaniyası 15 noyabr 2016 – 15 yanvar 2017-ci il tarixlərini əhatə edir.



Tags:  SOCAR Rumıniyada növbəti kampaniyaya start verib


RƏYLƏR


Top news