Siqaret: min bir dərdin səbəbi

Siqaret: min bir dərdin səbəbi
21:05 15 Noyabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

1 siqaret ömrünüzü 12 dəqiqə azaldır (12 Fevral 2017 21:17)

Mütəxəssislərdən eşitdiyim bir cümlə var: "Siqaret çəkəndən çox, onun tüstüsünü udanlar zəhərlənir". Bu o deməkdir ki, biz sağlam olmaq istəyiriksə, təkcə siqaret çəkməməklə buna nail ola bilmərik, həm də siqaret çəkənlərdən uzaq durmalıyıq. Amma bu elə də asan məsələ deyil...

"Tütün və ya tütün məmulatı haqqında" qanuna əsasən, tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, inzibati binalarda fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla, iş yerlərində, yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə, uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat növlərində siqaret çəkilməsi qadağan edilir.
Göründüyü kimi, qanunvericilik səviyyəsində müəyyən qadağalar var. Amma bunların formal xarakter daşıdığını demək olar. Çünki indiyə qədər qadağan olunan yerdə siqaret çəkdiyi üçün cərimələnən kimisə görməmişəm də, eşitməmişəm də...

"Televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır"

Milli Məclisin Aqrar siyasət komitəsinin sonuncu iclasında "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklik müzakirə olunub. Deputat Hüseynbala Mirələmov edilən dəyişikliyə münasibət bildirərək söyləyib ki, televiziylarda siqaretin reklamının qarşısı alınmalıdır: "Siqaret 2-ci və 3-cü sinifdə oxuyan uşaqlardan başlayaraq qızlarımızın, uşaqlarımızın səhhətini korlayır. Azərbaycan mentalitetinə uyğun olmayan bir şeydir. Televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır".

H.Mirələmov universitetlərdə siqaret çəkən tələbələrin cərimələnməsinin də vacibliyini vurğulayıb. "Türkiyədə hətta taksidə belə yazılıb: "Siqaret çəkmək olmaz, əks təqdirdə, 60 lirə cərimə olunacaqsan". Onlar bu cəriməni tətbiq edirlər də. İctimai yerlərdə siqaret çəkənlərə qarşı bizdə cərimələr var, amma buna əməl edilmir, cərimələr yazılmır. Əgər biz təqaüdlə dolanan tələbəni ictimai yerlərdə siqaret çəkdiyinə görə cərimə etsək, inanın ki, o, ümumiyyətlə siqareti tərgidər".

Televiziyada siqaretin reklamı ilə bağlı qadağa var idi. Bəs indiki dəyişikliyin mahiyyəti nədən ibarət olacaq? Ümumiyyətlə, təkcə reklamları aradan qaldırmaqla problem həll olunacaqmı? Beynəlxalq praktikada bu məsələlər necə tənzimlənir? Məsələn, Türkiyədə filmlərdə siqaretin üstü bağlanır. Bu kimi tətbiq bizdə də ola bilərmi?

"Siqaretin üstünün bağllanması problemdən çıxış yolu deyil"

Millət vəkili Aydın Hüseynovqəzetimizə açıqlamasında bildirdi ki, siqaretin televiziyada reklamı ilə bağlı müəyyən qadağa var idi. Bu dəfə nəzərdə tutulan qadağa siqaret satılarkən digər əmtəələrin hədiyyə verilməsi ilə bağlıdır: "Yəni ki, siqaret satan tərəf hər hansı həvəsləndirici addım ata bilməz. Siqaretin televiziyada satışı qadağan idi. İndi də həvəsləndirmə məqsədilə digər əmtəələrin verilməsi qadağan olunur".

Bu məsələnin niyə indi gündəmə gətirilməsinə gəlincə, A.Hüseynov dedi ki, tütün istehsalı ölkəmizdə genişləndirildiyi üçün bu məsələ də qanun səviyyəsinə gətirilir: "Ölkə başçısının tapşırığı ilə kənd təsərrüfatının perspektivli sahələri ilə bağlı işlər görülür. Həmin önəmli sahələrdən biri də tütünçülükdür. Tütünün becərilməsi ilə bağlı subsidiyalar verilir. Tütündən bir çox məhsullarla yanaşı, siqaret də hazırlanır. Gələn il respublikamızda tütün istehsalının həcmi artacaq. Həcmi artdıqca sənaye məhsulları ilə yanaşı, siqaret istehsalı da artacaq. Tütün istehsalı artacağı üçün dövlət bununla bağı qanunvericilik səviyyəsində tədbirlər görməyə çalışır".

Millət vəkili bildirdi ki, illər öncədən çəkilmiş filmlərdə siqaretin üstünün bağlı verilməsi problemdən çıxış yolu deyil: "Film 30-40 il və ya müəyyən bir dövr bundan əvvəl çəkilibsə, o artıq tarixiləşib. Bu gün o filmlərdə siqaretin üstünü hansısa işarə, kölgə ilə bağlamaqla nəyin qarşısını alırıq axı? Sadəcə bundan sonra çəkilən filmlərdə, xüsusilə gənclərin mənəvi tərbiyəsinə aid olan, gənclərin həyatını əks etdirən səhnələr, verilişlər, televiziya tamaşaları olanda, siqaret qadağan olunmalıdır".

A.Hüseynov gənclərdə siqaretə meyilliliyin azaldığını bildirdi: "Tələbələrin koridorlarda siqaret çəkməsi ilə bağlı fikirlər olur. Belə hallar var, amma kütləvi deyil. 3-5 nəfərin həvəsini hamıya aid etmək olmaz".

Millət vəkili qəbul olunan qadağalarla bağlı icra mexanizmlərinin işlənib hazırlanmasının vacib olduğunu qeyd etdi: "Qanun qəbul olunubsa, icra mexanizmi də işlənməlidir. İctimai yerlərdə, dövlət müəssisələrində, şadlıq evləri, iaşə müəssisələrində qadağa olsa da, qadağanı pozana qarşı hansı mexanizmlərin tətbiq olunması işi yoxdur. Bu qadağanı pozanlara qarşı hansı tədbirlər görülməlidir? Hansı qurum bu işi aparmalıdır? Necə həyata keçirilməlidir? Bu sahədə də addım atılmalıdır. O qadağaların icra mexanizmi də öz həllini tapmalıdır. Reklam qadağan edilir, amma bununla problem tam həll olunmur".

"İnzibati metodların tətbiqi zəruridir"

Sosioloq Asif Bayramov deyir ki, əslində beynəlxalq təcrübədə siqaretin reklamının qadağan olunmasının təməlində yalnız xalqın fiziki sağlamlığı mövzusu dayanmır, bu həm də bir biznes mövzusudur: "Çünki XXI əsrdə ən mükəmməl gəlir vasitələrindən biri reklamdır. Təsəvvür edin ki, rejissorlar özləri də bilmədən hansısa kadrlarda siqaret istehsal edən maqnatları reklam edirlər. Qəhrəmanların siqaret çəkən səhnəsini nümayiş etdirmələri ən mükəmməl reklam formalarıdır. Bu gün əslində dünya birliyi həmin siqaret maqnatları ilə bu məsələni çözməyə çalışır. Əslində qanuna görə, hər hansı reklama görə onu reklam edən tərəfə təbii ki, patent ödənilməlidir. Ancaq siqaret şirkətləri belə bir ödəniş etmirlər. Bu Azərbaycana biznes konteksində Qərbdən və Türkiyədən gəlir. Amma bu qadağa insanların sağlamlığının qorunması cəhətdən də əhəmiyyətlidir. Lakin inzibati qayda ilə insanların siqaretə olan meylini azaltmaq, məhdudlaşdırmaq olmaz. Çünki qadağan olunanlar həmişə maraq doğurur. Siqaretin məhdudlaşdırılması insanların ona olan marağını artıra bilər".
A.Bayramov bildirdi ki, hansısa bir tələbi vərdişə çevirmək, onu ictimai norma statusuna qaldırmaq üçün öncədən inzibati metodların tətbiqi zəruridir: "Çünki bizdə inzibati metod tətbiq edilmədən hər hansı nəticə əldə etmək çətindir. Maarifləndirmənin bizdə tarixi ənənəsi olmadığından, hər dəfə inzibati rıçaqlara əl atmağa məcburuq. Maarifləndirmə praktikası olsaydı, davamlı olaraq ictimai yerlərdə siqaret çəkmənin zərərlərini aşılamaqla burada məhdudiyyət yarada bilərdik. Bu sahədə başlanğıc üçün inzibati metodların tətbiqi faydalı və zəruridir".

"Müəyyən qadağalar problemin həlli üçün kifayət etmir"

Vəkillər kollegiyasının üzvü Xəyal Bəşirov bildirdi ki, hazırda bir çox dünya ölkələrində, xüsusilə əksər Avropa dövlətlərində və ABŞ-da siqaret və digər tütün məmulatları ilə bağlı ciddi qadağalar mövcuddur: "Bu qadağalar, təbii ki, həmin məhsulların cəmiyyətdə tam şəkildə qanunsuz hesab edilməsi demək olmasa da, müəyyən istisnalarla onların istifadəsini ciddi qanun pozuntusu hesab edir. Təbii ki, tütün məhsullarının, xüsusilə də onlardan ən çox yayılmışı hesab olunan siqaretin tamamilə qadağan olunması həmin məhsulların ölüm təlükəsi gətirməsini bilmələrinə rəğmən, onlardan istifadə edən milyonlarla insanın hüquqlarının pozulmasına gətirib çixarar. Çünki qanunvericiliyin ruhuna əsasən, hər bir fərdin hüquqları digər şəxslərin hüquqlarının sərhədləri ilə məhdudlaşır. Yəni, əgər mənim siqaret çəkmək kimi bir hüququm vardırsa belə, bu hüquq, mənə mənim əhatə dairəmdə olan və siqaret çəkməyən digər bir şəxsin hüquqlarını pozmağa əsas vermir. Lakin buna baxmayaraq, siqaretin cəmiyyətdə reklam olunması, onun istifadəsi zamanı cəmiyyətin digər üzvlərinin hüquqlarına, xüsusilə də sağlamlıqlarına ciddi zərər vurulması qeyd etdiyimiz qadağaların episentrində durur.

Qeyd etdiyimiz kimi, bir çox dünya dövlətlərinin həmin qadağa təcrübəsindən yararlanan qardaş ölkəmiz Türkiyədə də ictimai yerlərdə, xüsusilə də kafe, restoran, stadion, dəhlizlər də daxil olmaqla bütün növ sosial-ticarət binalarında, taksi və qatarlarda siqaret çəkmək yasaq olunub. Bu qaydaları pozan şəxslərə isə ciddi cərimə sanksiyaları tətbiq edilir".

X.Bəşirovun sözlərinə, ümumdünya təcrübəsi göstərir ki, siqaretlə mübarizədə maarifçilik və digər təbliğat tədbirləri ilə yanaşı, inzibati qadağalar, imperativ normaların tətbiq olunması da zəruridir: "Tütün hər 13 saniyədə bir insanın və ya başqa formada qeyd etsək, hər il ərzində 5 milyon insanın həyatına son qoyur. Bu mənada, siqaret çəkənlərin sayının azalması Azərbaycanda da xüsusi maraq dairəsindədir. Bunun üçün artıq 10 ilə yaxın müddət ərzində gündəmdə olan məsələlərdən biri də ictimai yerlərdə siqaret çəkilişinə qadağa qoyulmasıdır. Müvafiq qanun layihəsi parlamentdə dəfələrlə müzakirə edilsə də, təəssüflər olsun ki, hələlik qəbul edilməyib. Lakin Azərbaycanda qüvvədə olan qanunvericiliyə əsasən, bu məsələ ilə bağlı müəyyən qadağalar mövcuddur. Belə ki, Azərbaycan Respublikasında qüvvədə olan "Tütün və tütün məmulatı haqqında" qanuna əsasən, istehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının hər qutusunun üstündə nikotinin və tütün qatranının miqdarı, habelə, onların 18 yaşına çatmamış şəxslərə satılmasının qadağan edildiyi göstərilməlidir. Həmin qanunun tələblərinə görə, siqaret çəkilməsi üçün qadağan olunan yerlər var. Mehmanxanalarda siqaret çəkənlər üçün xüsusi yerlər ayrılmalıdır. Ancaq müəyyən qadağaların mövcudluğu problemin həlli üçün kifayət etmir. Ümid edək ki, yaxın gələcəkdə ölkəmizdə də bütün ictimai yerlərdə siqaretin və digər tütün məmulatlarının istifadəsin qadağan edən qanunvericilik aktının qəbul olunması reallaşacaq".

"Kaspi"

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ən parlaq canlılar

29 May 2017 04:21

Filippin prezidenti separatçıları terrorçularla mübarizəyə çağırıb

29 May 2017 04:07

Şəkidə it ev sahibini dişlədi

29 May 2017 04:03

Universitetdə məktəb kampusu - FOTO

29 May 2017 03:32

Azərbaycan bayrağının rəngləri İstanbul boğazında bərq vurur

29 May 2017 03:24

Braziliyada 50-dən artıq aviareys təxirə saxlanılıb

29 May 2017 03:22

Çempionlar Liqasında qrup mərhələsinə birbaşa vəsiqələrin bütün sahibləri müəyyənləşib

29 May 2017 03:22

Qaxın ucqar kəndinə dolu yağdı - FOTO

29 May 2017 02:58

Böyürtkənin inanılmaz faydaları

29 May 2017 02:49

"Roma"nın kapitanı Françesko Totti karyerasını başa vurub

29 May 2017 02:42

Cənubi koreya hərbiçiləri KXDR-in raket buraxılışını həyata keçirildiyi haqda xəbər veriblər

29 May 2017 02:36

Göydələndəki apartament - FOTO

29 May 2017 02:32

Goranboyda avtomobil aşdı - Xəsarət alanlar var

29 May 2017 02:28

Gəncədə avtomobil süpürgəçini öldürdü

29 May 2017 01:58

Bakıda üç uşaq atası özünü asaraq öldürüb

29 May 2017 01:57

Gürcü ekspert: “Ermənistandakı “İsgəndər-m” operativ-taktiki raket kompleksi region üçün təhlükədir"

29 May 2017 01:47

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 151-ə çatıb

29 May 2017 01:43

Azərbaycanlı aparıcı italyan aşpaza ərə getdi

29 May 2017 01:34

“Roma” "İmperator"u belə yola saldı - FOTO/VİDEO

29 May 2017 01:33

70-ci illərin binasındakı mənzil - FOTO

29 May 2017 01:32

Saqqal saxlayan kişilərə pis xəbər

29 May 2017 01:24

Goranboyda maşın aşdı - 4 yaralı

29 May 2017 01:19

ÇL-nin qrup mərhələsinə birbaşa vəsiqə qazanan klublar - SİYAHI

29 May 2017 01:09

Mayın 29-na olan

29 May 2017 00:58

Somalidə silahlı kişi insanlara atəş açıb: 6 ölü

29 May 2017 00:55

Abşeronda yanğın hadisəsi

29 May 2017 00:44

İran sərhədində atışma - Ölənlər var

29 May 2017 00:33

"Maşın" şou başladı

29 May 2017 00:23

Səudiyyə Ərəbistanı enerji içkiləri və tütün məhsullarına 100 faizlik aksiz tətbiq edəcək

29 May 2017 00:15

Totti “Roma” ilə vidalaşdı

29 May 2017 00:14

Fələstinli gözəl Roma gecəsinə qatıldı - FOTO

29 May 2017 00:05

Günün qoroskopu: orijinal ideyalarınız yaranacaq

29 May 2017 00:05

Astroloji proqnoz - 29 may

29 May 2017 00:03

Kann Kinofestivalının qalibi bəlli oldu

28 May 2017 23:59

"Maşın" şou başladı - iştirakçıların siyahısı

28 May 2017 23:57

Aqil M.Quliyevin qızının 25 yaşı tamam olur

28 May 2017 23:57

Bu mübarək aya necə xitab edək?

28 May 2017 23:57

İtkin düşən tələbənin cəsədi Xəzərdən tapıldı - FOTO

28 May 2017 23:52

Ramazan ayında şeytanın zəncirə vurulması nə deməkdir?

28 May 2017 23:52

“Müharibə Qarabağın astanasındadır” – Qriqori Trofimçuk

28 May 2017 23:52

Qızıl palma budağı mükafatının sahibi məlum oldu

28 May 2017 23:51

56 günlük körpəsini zəhərləyib öldürən ana - FOTO

28 May 2017 23:47

Oruclu adamların yayda ən çox ehtiyac duyduğu meyvələr

28 May 2017 23:47

Rüku halında nə qədər əyilmək lazımdır?

28 May 2017 23:47

Qızıl palma budağı mükafatının sahibi məlum olub

28 May 2017 23:43

Şəki sakinini it dişləyib

28 May 2017 23:42

Qaxa dolu yağıb - FOTO

28 May 2017 23:42

Yüksək təzyiq zamanı xalq təbabəti

28 May 2017 23:42

Şimali İrlandiya millisinin daha bir hücumçusu Azərbaycan yığmasına qarşı oynamayacaq

28 May 2017 23:42

Qazaxda iki maşın toqquşdu, 3 nəfər xəsarət aldı

28 May 2017 23:33