Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı rejissor təhdid edilir: "Ağıllı ol, səni öldürtdürərəm" - FOTO

Azərbaycanlı rejissor təhdid edilir: "Ağıllı ol, səni öldürtdürərəm" - FOTO

Date: 15 November 2016 21:12

Rejissor Alik Abbasov dələduzluqla rastlaşıb. O baş verən hadisəni Milli.Az-a bu cür izah edib:

"İşə düzəlmə adı ilə Şirəliyeva Gülarə Nurali qızı məndən 2500 AZN pul alıb. O, Milli Təhlükəsizlik Nazirliyi nazirlik kimi fəaliyyət göstərəndə orada adamı olduğunu, Eldar Mahmudovla yaxın əlaqəsi olduğunu bildirmişdi. O məni daha sonra yaxını Həzrət adlı şəxslə tanış etdi. Həzrət isə məndən 2000 AZN pul aldı. Nəticədə onların heç biri mənim üçün iş düzəldə bilmədi. Həzrəti 16-cı polis bölməsinə verib pulumu geri aldım. Amma Gülarədən pulu ala bilmirəm. Keçən ilin noyabrında polisə yazıb verdim, mayda işi mülkiyə çevirib məhkəmə kağızı verdilər, daha sonra onu prokurorluqda ləğv etdirdim. O vaxtdan indiyə kimi deyirlər ki, bizim vaxtımız yoxdur. Qadınla da əvvəl əlaqə saxlayırdım, mənə deyirdi ki, ağıllı ol, səni öldürtdürərəm. Çox istərdim ki, aidiyyatı qurumlar bu işlə məşğul olsunlar. Haqqımın geri qaytarılmasını istəyirəm".

Qeyd edək ki, Əli Abbasov rejissor kimi fəaliyyət göstərir, o 50-dən çox ekran işinə quruluş verib.

Əli Rəhimoğlu

Milli.Az





Tags:  Azərbaycanlı rejissor təhdid edilir Ağıllı ol səni öldürtdürərəm FOTO

RƏYLƏR


Top news