Sosial şəbəkələrdə təhqirə yol verənləri həbs gözləyir - VİDEO

Sosial şəbəkələrdə təhqirə yol verənləri həbs gözləyir - VİDEO
21:12 15 Noyabr 2016
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrdə və digər internet resurslarında saxta profillərlə yalan məlumat yayanlar, təhqiramiz fikirlər səsləndirənlər və təhlükəli çağırışlar edənlər cəzalandırılacaqlar.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Respublika Baş Prokurorluğu Milli Məclisə bununla bağlı Cinayət Məcəlləsinə yeni maddənin əlavə olunmasını təklif edib. Bu əməlləri törədənlərə qarşı 1000 manatdan 1500 manatadək cərimə və ya 1 il azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi tövsiyyə olunub.

Millət vəkili Çingiz Qənizadənin fikrincə, yalan məlumat yayanlar barədə cəzaların sərtləşdirilməsi bəzi şəxslərin cəmiyyətdə qarışıqlıq yaratmaq cəhdlərinin qarşısını alacaq. Bu isə sabitliyin təminatı üçün vacibdir.

Baş Prokurorluq tərəfindən təklif edilən dəyişikliklərdə internet resurslarından istifadə edərək dövlət başçısının şərəf və ləyaqətini alçaldan şəxslərin də cəzalanması nəzərdə tutulur.

Dövlət başçısını təhqirə görə isə 1000 manatdan 1500 manatadək cərimə və 3 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunması təklif edilir. Təkliflər Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılaraq qısa zamanda plenar iclasa tövsiyyə olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/489740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR