Bakıda bu ailə qazsız qalıb - VİDEO

Bakıda bu ailə qazsız qalıb - VİDEO
21:12 15 Noyabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Pirşağı qəsəbəsində 2009-cu ildə köhnə qaz xətləri yenisi ilə əvəz edilib.

Əliskəndər İskəndərov həmin müddətdə iflic olduğundan xəstəxanada olub. Buna görə  də bütün qonşulara qaz xətti çəkilib və sayğac çəkilib. Amma sayğac qoyulsa da illərdir Əliskəndər İskəndərovun evi qazsız qalıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki,  bənzər müraciətləri nəzərə alaraq "Azəriqaz" İstehsalan Birliyinə müraciət etdik.

Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin sözlərinə görə, qazlaşdırılma prosesində bu və  digər səbəblərə görə evdə olmayan şəxslər əvvəlcə "ASAN xidmət"ə müraciət etməlidirlər. Tikinti şirkətlərinin kornidatlarını əldə etdikdən sonra şərtləri müvafiq olanlardan biri ilə müqavilə imzalanmalıdır.

Sözügedən şirkət texniki məsələləri həll etdikdən sonra  "Azəriqaz"a müraciət edəcək. "Azəriqaz"ın əməkdaşları əraziyə baxış keçirib təhlükəsizliyə rəy verməlidirlər. Bundan sonra isə "Azəriqaz" tərəfindən abonent pulsuz sayğacla təmin ediləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/489665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR