İnsanlardan inciməmək üçün nə lazımdır?

İnsanlardan inciməmək üçün nə lazımdır?
21:12 15 Noyabr 2016
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Allah Təala Quranda buyurur: "Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman "salam" (xoş və yumşaq söz) deyən kəslərdir". ("Furqan" 63).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, nəvazökarlıq və sadəlik o sifətlərdir ki, dinimiz bizə onları tövsiyə edir. Bu iki dəyərli sifət insanın həyatına xüsusi hüzur qatır. Çünki təkəbbürlü insandan fərqli olaraq, təvazökar insanın ətrafındakılardan gözləntiləri olmaz.
Həmədanın böyük alimlərindən olan Molla Əli Həmədani bir gün Məşhəddə Şeyx Noxudəkinin xidmətinə gedir. Ondan moziə etməsini istəyir.
Şeyx cavabında deyir: İncimə və incitmə.
Molla Əli deyir: İncitməmək daha rahatdır. Çünki biz elə bir iş görürük ki, özümüzü islah edək, kimisə özümüzdən narahat etməyək. Kimsəyə xəyanət etmirik, kimsənin qeybətini etmirik. Bunları etmək olar. Ancaq inciməni necə etmək olar? O kəs ki, bizə pislik edir, qeybətimizi edir, pulumuzu yeyir - istər-istəməz insan inciyir. Məgər bu şeylər insanı incitməyə bilərmi?
Şeyx Noxudəki deyir: Bəli.
Molla Əli deyir: Necə?
Şeyx buyurur: Özünü kimsə bilmə. Bizim eybimiz elə buradadır. Biz özümüzü kimsə bilirik və elmimizlə, sərvətimizlə, rəhbərliyimizlə lovğalanırıq. Belə ki, heç kəsin cürəti yoxdur ki, bizə "sən" desin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/489304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR