Erməni müxalifəti: ‘Bəsdir dilənçiliklə məşğul oldunuz!’

Erməni müxalifəti: ‘Bəsdir dilənçiliklə məşğul oldunuz!’
21:42 15 Noyabr 2016
99 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda müxalifət deputatları hökumətin hərbçilərin ehtiyacları üçün vətəndaşlardan 1000 dram (2 dollar) tutmaq təşəbbüsünü "sinizm" və "dilənçilik" adlandırıblar.

HƏR AY 2 DOLLAR

Ötən gün ölkə parlamenti ölkənin müdafiəsi zamanı hərbçilərin həyat və sağlamlığına dəyən zərərin ödənilməsinə dair qanun layihəsinin müzakirəsinə başlayıb. Qanun layihəsinə görə, hər bir işləyən vətəndaşın məvacibindən vergilərdən başqa ayda 1000 dram (2 dollar) pul tutulacaq. Xüsusi fondda toplanacaq bu vəsaitdən 2017-ci il yanvarın 28-dən sonra ölən və birinci dərəcəli əlil olan hərbçilərin ailələrinə 10 milyon dram (20 min 900 dollar) məbləğində birdəfəlik ödəmələr ediləcək. İkinci qrup əlillərin ailələrinə isə 5 milyon dram (10 min 450 dollar) ödənəcək. Bundan başqa, hərbçilər aylıq ödəmələr də alacaqlar.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, müxalif "İrs" fraksiyasının deputatı Zarui Postanjian bu addımı "dilənçilik", müxalif "Erməni Milli Konqresi" fraksiyasının rəhbəri Levon Zurabiansa "sinizm" adlandırıb.

"İctimaiyyət vergi yükünün 1000 dram artırılması fikri ilə razı deyil. Bəsdir dilənçiliklə məşğul oldunuz, adamlardan 1000 dram diləndiniz", - Postanjian deyib.

"Belə çıxır ki, biz, sadəcə, insanların hissləri ilə oynamaq və bu pərdə altında əlavə vergilər qoymaq istəyirik. Bu, çox sinik və təhlükəli yanaşmadır", - Zurabian deyib.

"QANUN TAMAH MƏQSƏDİ DAŞIMIR"

Ermənistanın Müdafiə naziri Vigen Sargsian qanun layihəsinin parlamentdə təqdimatı zamanı bütün maraqlı tərəflərlə görüşərək, bu sənədlə bağlı onları əndişələndirən məsələlərin müzakirəsinə hazır olduğunu deyib.

Nazir bildirib ki, bu qanunun insanları fərqli düşərgələrə ayırmasını, bir-birinə damğa vurmasına yol açmasını istəməzdi. O əlavə edib ki, bu qanun tamah məqsədi daşımır.

Bu tədbirlərin nə üçün büdcə hesabına görülməməsi barədə suala cavabında nazir deyib ki, bu, parlament seçkisi ərəfəsində atılmış populist addım hesab edilə bilərdi. O, həmçinin büdcənin də belə addımlara hazır olmadığını söyləyib.

Son zamanlar Ermənistanda hərbçilərə insanların üzərinə əlavə yük qoymaqla deyil, dövlətdən oğurlanmış vəsaitləri qaytarmaqla yardımın gərəkdiyi barədə fikirlər səslənir. Vigen Sarqsian buna cavabında bildirib ki, "oğurluq edən şəxslər varsa, onlar cəzalandırılmalıdır".

MAĞAZADAKI ƏSGƏR PAYININ AXIRI NECƏ OLDU?

"Çiçəklənən Ermənistan" fraksiyasının deputatı Naira Zohrabian nazirə xitabən belə deyib:

"Mən ümid edirəm, Siz nəzakət xətrinə ordunun hesabına varlanmış məmurların olduğuna inanmadığınızı dediniz. Düzünü desəm, mən tamamilə əks fikirdəyəm. Belə məmurlar birmənalı olaraq var. Sizə elə gəlmirmi ki, bu adamlar işdən yaxşı işləmədiklərinə görə yox, qarətdə iştiraka görə çıxarılıblar? Düşünmürsünüzmü ki, bu adamlar təkcə işdən çıxarılmalı deyil, həm də məsuliyyətə cəlb edilməlidir? Yeri gəlmişkən, o Polşada satılan, üzərində "satılmış" yazılmış əsgər payının axırı necə oldu? Bir şey üzə çıxdı, yoxsa hələ də istintaq davam edir?" - deyə Zohrabian maraqlanıb.

Nazir bu suala belə cavab verib ki, Polşadakı həmin dükan əsgər ləvazimatı toplamaqla məşğul imiş və kimsə öz payının bir-iki nüsxəsini onlara verib.

"O BİNA SATILANADƏK..."

Deputat Edmon Marurkian soruşub ki, məsələn, tikintisinə dövlət büdcəsindən on milyonlarla dollar ayrılmış Maliyyə Nazirliyinin tədris mərkəzinin satılaraq pulun hərbçilərə yardım fonduna köçürülməsi variantı nəzərdən keçirilibmi. Deputat həmçinin təklif edib ki, spidometrdə sürət həddinin keçilməsinə görə alınan cərimələr də bu fonda yönəldilsin.

"Bəlkə də bu fondun satılması, pulun kapital kimi fonda qoyulması, iki il vətəndaşlardan 1000 dram yığılmaması mümkündür. Ancaq bu, fərqli, çox uzaq siyasətdir. O satılana qədər..." - deyə nazir cavab verib.

Sözügedən qanun layihəsi öz xidmət yoldaşları tərəfindən öldürülən əsgərlərə şamil edilməyəcək. "Çiçəklənən Ermənistan" fraksiyasından deputat Elinar Vardanian hesab edir ki, bu bağışlanılmazdır. O bildirib ki, oğullarını əsgərliyə göndərmiş valideynlər üçün uşaqlarının kim tərəfindən öldürülməsinin heç bir əhəmiyyəti yoxdur.

"Ona görə də, hesab edirəm ki, burada məhdudiyyət qoymaq düzgün deyil. Özəlliklə də nəzərə alanda ki, hər həftə olmasa da, hər ay buna bənzər insidentlərin şahidi oluruq", - deyə deputat bildirib.

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

İŞİD-nin əsas təbliğatçısı öldürüldü

31 Mart 2017 02:39

Avropa Şurası və Avropa Birliyinin qərargahları dəyişdi - FOTO

31 Mart 2017 02:32

Sabiq deputat metroda öpüşən gənclərdən danışdı:

31 Mart 2017 02:22

Əsədin getməsi ABŞ üçün artıq prioritet deyil

31 Mart 2017 02:19

Bakıda zəncirvari QƏZA: 2 ölü, 1 yaralı

31 Mart 2017 02:03

Ədalət Sarayını İŞİD partladıbmış

31 Mart 2017 01:54

"Bəşər Əsədi devirmək artıq prioritetimiz deyil" -

31 Mart 2017 01:43

Xırdalanda atışma: ölən və yaralanan var

31 Mart 2017 01:39

Dağlar fonunda dağlar - FOTO

31 Mart 2017 01:32

Tanınmış müğənni: "Tez-tez ağlayıram"

31 Mart 2017 01:29

ŞOK QİYMƏT:

31 Mart 2017 01:27

Qurban Qurbanov Volkan Dəmirəl transferinə aydınlıq gətirdi

31 Mart 2017 01:24

Bakıda 17 yaşlı qız intihar edib

31 Mart 2017 01:19

64 yaşlı maşın 70 minə satılır - FOTO/VİDEO

31 Mart 2017 01:13

Xırdalanda DƏHŞƏT:

31 Mart 2017 00:55

Xırdalanda atışma: Maskalılar iş adamını güllələdilər

31 Mart 2017 00:53

FHN-nin xilasediciləri çayda batdığı ehtimal edilən 5 yaşlı uşağı axtarırlar

31 Mart 2017 00:44

Qəbələdə ər arvadının boğazını kəsdi - FOTO/VİDEO

31 Mart 2017 00:43

Mart soyqırımından 99 il ötür

31 Mart 2017 00:27

Astroloji proqnoz - 31 mart

31 Mart 2017 00:18

Məşhur klubun adı rəsmən dəyişdi - FCSB

31 Mart 2017 00:17

Kamal Abdullanın əsəri gürcü dilində işıq üzü gördü

31 Mart 2017 00:14

"Qalatasaray" ulduz futbolçuya sərvət təklif etdi

31 Mart 2017 00:07

Elon Musk-dan 6 qızıl qayda

31 Mart 2017 00:05

Türkyədə qasırğa XƏBƏRDARLIĞI

31 Mart 2017 00:05

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart 2017 00:05

"Hindistandan Avropaya yükləri 7 günə daşımaq olar" - Cavid Qurbanov - FOTO

31 Mart 2017 00:05

Günün qoroskopu: problemlərin öhdəsindən gələ biləcəksiniz

31 Mart 2017 00:05

Bakıda 17 yaşlı qız özünü binadan yerə atdı

30 Mart 2017 23:57

Cənubi Koreyanın sabiq prezidenti saxlanılıb

30 Mart 2017 23:56

Dünyanın ən bahalı tualetləri - FOTOLAR

30 Mart 2017 23:53

Tənəffüs yolunu 3 addımla təmizləyin

30 Mart 2017 23:52

Bu surəni oxuyan üçün mələklər istiğfar edərlər

30 Mart 2017 23:47

Hafizəni İslam təbabəti ilə necə gücləndirək?

30 Mart 2017 23:42

Ailə cinayətinin arxasından “cin” çıxdı - FOTO

30 Mart 2017 23:37

Portağal xərçəngə qarşı dərmanlardan 10 qat daha təsirlidir

30 Mart 2017 23:37

Qadınların çadra geyməsinə icazə verilməyəcək -

30 Mart 2017 23:36

"Bakıda gəzmək daha təhlükəsizdir, nəinki..."

30 Mart 2017 23:32

Elza Seyidcahandan Fikrət Qocaya cavab: "Allah bizə səbr versin"

30 Mart 2017 23:32

Məşhur duanın mötəbər mənbəyi varmı?

30 Mart 2017 23:32

“Qarabağ” “Neftçi”nin yubileyini korladı - VİDEO

30 Mart 2017 23:28

Məşhur türk aktyorları nəyə yatırım edirlər? - FOTO

30 Mart 2017 23:27

Uşağınızda bu əlamətlər varsa... – DİQQƏT, YENİ VİRUS

30 Mart 2017 23:27

Dünyanın ən bahalı telefonları - FOTO

30 Mart 2017 23:22

Təbiətin canlanmasından ala biləcəyimiz 3 dərs

30 Mart 2017 23:22

Azərbaycan millisi növbəti dəfə Moldovaya gücünü göstərdi

30 Mart 2017 23:22

Qəbələdə kişi arvadını öldürdü

30 Mart 2017 23:19

Mənəvi təkamülə nail olmaq üçün ən səmərəli yol hansıdır?

30 Mart 2017 23:17

Cənubi Koreyanın sabiq prezidenti saxlanıldı

30 Mart 2017 23:13

Spiralvari bina - FOTO

30 Mart 2017 23:12