Qeyri-adi parlaq insanların 5 əsas xüsusiyyəti

Qeyri-adi parlaq insanların 5 əsas xüsusiyyəti
21:42 15 Noyabr 2016
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirkət rəhbərlərinə məhsuldartlığı necə artırmaq barədə məsləhətlər verən Jennifer Cohen Forbes jurnalında yazır: "biz həmişə ekspertlərdən elə onu eşidirik ki, 6-8 saat yatmaq lazımdır vəhəqiqi liderlər ildırım sürətli qərar qəbul edənlərdir. Ancaq mən sizə ondan danışacam ki, Amerikanın bəzi ən ağıllı adamları bu qaydaların əksinə olaraq uğur qazanıblar."

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Cohen yunan filosofu Aristotelin sözlərini sitat gətirir ki,dəliliklə qarışığı olmayan dahi yoxdur. Müəllif daha sonra yazır ki, həmişə elə eyni, əvvəlcədən müəyyən olunmuş qayda-qanunla hərəkət etmək yaxşı ideya deyil. Qaydalar onları pozmaq üçündür. Aristotel onu nəzərdə tutur ki, həqiqi dahilər status-kvonu pozanlar, mövcud durumu dəyişənlərdir.

Belə parlaq , ağıllı insanların hansı əsas xüsusiyyətləri var?

GECƏ ÜSYANI

Cohen yazır ki, gecə günahı olanlar, bir də ağıllı adamlar rahat ola bilmirlər. Doğrudan da, bu gün ağıllı adamlar daha çox gecə həyatı sürür, nəinki intellektual əmsalı,yəni İQ-sü az olanlar. Araşdırmaya görə, ağıllı insanlar öz daha az bilən iş yoldaşları ilə müqayisədə adi və istirahət günlərində daha gec yatırlar.

MARAĞIN DALINCA

Bəzi ən ağıllı insanlar hələ də uşaq olaraq qalırlar, tam böyüməyiblər. 30-50 yaş arası olan bu insanlar öz uşaq maraqlarını itirməyiblər. Bu da onları yaradıcı, orijinal edir. Yeni biliklərə qapını özündən tez-tez niyə?, nə? soruşmaq açır.

EKSPERT QƏRARI VERMƏ

Müəllif yazır: "Parlaq ağılı olanların gələcəyə proqnoz verə bilmək qabiliyyəti var. Bunu zarafatla deyirəm."

Həqiqət isə odur ki,ağıllı adamlar doğrudan da gələcəyə yönəlmiş qərar verməyə meyillidirlər.

Ancaq onlar bu qərarı göydən götürmürlər, hisslərə qapılmırlar, bunun yerinə bütün variantları diqqətlə hesablayırlar, öz seçimlərini diqqətlə təhlil edirlər. Ölçüb-biçirlər.

Eminem rok qrupunun bir mahnısında deyildiyi kimi "əgər sizin istədiyiniz hər şeyi almaq üçün bircə gülləniz və ya bircə imkanınız varsa..."

SAKİT, SOYUQ VƏ İNTİZAMLI

Yağış yağanda çox vaxt qasırğaya qarşı çıxmaq olmur. Ağıllı adamlar da istisna deyillər. Ancaq xaotik vəziyyətin öhdəsindən gəlməkdə onların daha çox şansı var. Onlar tufanın içindən daha aydın görə bilirlər, onların improvizə və problem həll etmə qabiliyyəti var.

ABSTRAKT DÜŞÜNCƏLİ

Belə fikir var ki, dahilərin çoxu abstrakt düşüncəlidir, onlar əksəriyyətdən fərqli düşünürlər. Ancaq əsas odur ki, parlaq insanlar necə deyərlər, öz ağlında olanlardır. Məktəbdə naharda həmişə tənha oturan, öz ixtirası haqda düşünən uşaq çox güman ki, vaxt keçəcək, sizin bossunuz olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/489748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR