"İşıqçılar gecəyarı həyətə soxuldular..." - 80 yaşlı əlil

"İşıqçılar gecəyarı həyətə soxuldular..." - 80 yaşlı əlil
21:47 15 Noyabr 2016
90 Ölkə
Ölkə mətbuatı
A- A+

"Gecəyarı soxuldular həyətə, dirəkdən evə gələn 50 metrlik işıq kabelini kəsib özləriylə apardılar. Mane olmaq istədim, itələyib yıxdılar yerə..."

Cəlilabadın Məlikqasımlı kənd sakini, 80 yaşlı Səmədulla Kərimov AzadlıqRadiosu-na danışır ki, noyabrın 2-dən 3-nə keçən gecə saat 2 radələrində yerli işıq idarəsinin 6-7 işçisi qəfil həyətə giriblər. Dirəkdən mənzilə qədər uzanan işıq xəttini kəsiblər. Ev sahibi mane olmaq istəyəndə itələyib yerə yıxıblar. Kəsdikləri kabeli özləriylə aparıblar:

"BU, QANUNSUZ XƏTT DEYİL"

"Mən və 65 yaşlı həyat yoldaşım - hər ikimiz birinci qrup əlilik. Bir neçə xəstəlikdən əziyyət çəkirik. 7-8 nəfərin həyətə qəfil basqınından 10 gündən çox keçsə də, hələ də özümüzə gəlməmişik".

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Səmədulla Kərimovun deməsinə görə, hələ 2012-ci ildə yerli işıq idarəsinin işçiləri ünvandakı əlavə işıq xəttinə görə onu cərimələyib:

"4 il öncə 400 manat cərimələdilər. Halbuki, özləri də yaxşı bilirdi ki, o xətt, sadəcə, əlavə xətt idi, qanunsuz deyildi. Bu xətdə işıq sönəndə, o biri xətti sayğaca birləşdirirdik. Sayğacdan kənar istifadə etmirdik. Kənddə indinin özündə də çoxunda belə xətt var. Ancaq müfəttişlərə rüşvət vermədiyim üçün mənə akt yazdılar. Təqaüdçü, əlil adamam. Aydın məsələdir ki, təqaüdüm heç dərmanlarıma, çörəyimə çatmır. O boyda cəriməni necə ödəyim? Ayda zülmlə pensiyamdan kəsib 20-30 manat işıqpulu ödəyirəm. Neçə vaxtdır gəlib-gedirdilər, cəriməni ödəməyi tələb edirdilər. O gecə də basqınçı kimi həyətə soxuldular. Gör bunlar nə qədər özbaşınadılar ki, vətəndaşın həyətinə gecə saat 2-də soxulub işıq kabelini kəsib aparırlar".

"SAHƏ MÜVƏKKİLİNİ DƏ SAYMIRLAR"

Səmədulla Kərimov işıq idarəsinin işçilərinin gecə gəlmələrinin səbəbini də açıqlayır. Deyir, hər dəfə pensiya vaxtı çatanda idarə işçiləri qapını kəsdirir ki, ondan 4 il əvvəl kəsilmiş cəriməni hissə-hissə ala bilsinlər, ya da işıq xəttini kəssinlər. O isə qapıdan qovur. Ona görə də bu dəfə "gecə qara, cücə qara" deyib gəliblər.

Ev sahibi baş verənlərlə bağlı Cəlilabad polisinə şikayət edib:

"Sahə müvəkkili gedir işıq idarəsinə, heç onu da saymırlar. Nə aləmdirsə, polis işıq idarəsinin işçilərinə izahat yazdıra bilmir".

"QANUNSUZLUQDUR"

Cəlilabad rayon polis şöbəsindən "Qaynar xətt"ə bildirilib ki, Səmədulla Kərimov şöbəyə ərizəylə müraciət edəndən sonra araşdırmalara başlanıb. Ancaq şöbədən araşdırmanın detalları ilə bağlı məlumat verilməyib.

Cəlilabad rayon işıq idarəsindən bildiriblər ki, rəhbərliyin bu barədə heç bir bilgisi yoxdur: "Polisə müraciət olunubsa, yəqin ki, polis məsələni araşdırır, nə sualınız varsa, polisdən soruşun".

Hüquqşünas Vaqif Alıyev deyir, qanun iş saatı bitdikdən sonra vətəndaşı narahat etməyə yol vermir: "Qeyri-iş saatlarında, qeyri-iş günlərində vətəndaşı kommunal borclara görə narahat etmək qanunsuzluqdur və özbaşınalıqdır. Gecəyarı vətəndaşın yaşadığı mülkə soxulub onun mülkiyyətinə daxil olan işıq xəttini kəsib aparmaqsa cinayətdir", - hüquqşünas bildirir.

Hüquqşünas Səmədulla Kərimova polisdən əlavə, həm də mənzil hüquqlarının pozulması ilə bağlı məhkəmədə iddia qaldırmasını tövsiyə edir: "Qanunsuz mənzilə daxil olmaq vətəndaşın mənzil hüququnun pozulmasıdır", - hüquqşünas əlavə edir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə

28 İyul 2017 13:03

Pərvin Bodrumda dincəlir

28 İyul 2017 13:00

Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

28 İyul 2017 12:59

Ermənilər iş başında – Türkiyə-Almaniya gərginliyindən istifadə edirlər

28 İyul 2017 12:58

"Bakcell" Cocuq Mərcanlı sakinləri üçün pulsuz danışıq tarifi müəyyən edib

28 İyul 2017 12:57

Mövsümün 10-cu üzüntüsü

28 İyul 2017 12:57

Azərbaycanın xarici dövlət borcu artıb

28 İyul 2017 12:52

Bengü sevgilisini belə sakitləşdirdi - FOTOlar

28 İyul 2017 12:52

Prokuror keçmiş MTN polkovnikinə cəza istəyib

28 İyul 2017 12:52

Sabaha olan hava proqnozu

28 İyul 2017 12:50

Namaz qıldığı zaman çəkdirdiyi fotosunu paylaşdı: rəzil oldu - FOTO

28 İyul 2017 12:47

Gürcüstanda çayda köməksiz qalan azərbaycanlı turistlər xilas edildi

28 İyul 2017 12:47

Bank of Baku Nyu-Yorka 2 nəfərlik səyahət qazandırır!

28 İyul 2017 12:47

Sumqayıtda 11 avtomobildən oğurluq edən şəxs tutuldu

28 İyul 2017 12:47

"Krasnodar" klubunun futbolçusu Məhəmmədşəfi Süleymanov postsovet futbolu tarixinə düşüb

28 İyul 2017 12:47

BAKIDA MÜƏMMALI HADİSƏ - dilənçi qız yoxa çıxdı

28 İyul 2017 12:44

Kinematoqrafçılar İttifaqı bir qrup kino xadiminə pul mükafatları təqdim edib

28 İyul 2017 12:42

18 yaşlı gənc milyonları heyrətləndirir - VİDEO - FOTO

28 İyul 2017 12:42

Ali məktəblərə ixtisas seçimi başlayır

28 İyul 2017 12:42

Evə əxlaqsız qız gətirən qonşusunu öldürənə 10 İL 6 AY HƏBS TƏLƏBİ

28 İyul 2017 12:39

Kustar üsulla neft istehsal edib satışa çıxaranlar - MÖHTƏŞƏM FOTOLAR

28 İyul 2017 12:38

"Barselona" yetirməsi MLS klubunda

28 İyul 2017 12:37

“GoPro QuikStories” videonu avtomatik ötürəcək

28 İyul 2017 12:35

Murad Arif: "Hər yerdə dağ başındayam"

28 İyul 2017 12:32

Sabahın HAVAsı

28 İyul 2017 12:32

Bu il Hepatit B və C virusu aşkarlanan xəstələrin 33-ü çox ağır vəziyyətdə olub

28 İyul 2017 12:32

Bakıda avtomobildən xeyli pul oğurlanıb

28 İyul 2017 12:29

Aydın Əliyev Ağcabədidə vətəndaşları qəbul edib

28 İyul 2017 12:28

Sabahın HAVASI: 42 dərəcə İSTİ OLACAQ

28 İyul 2017 12:28

Rus turist qadın intihar etmək üçün binanın damına çıxdı... - VİDEO - FOTO

28 İyul 2017 12:27

Havanın temperaturu qalxır - XƏBƏRDARLIQ

28 İyul 2017 12:24

Şəbnəm Tovuzlunun konsertində ŞOK ANLAR: pərəstişkarları müğənnini... - VİDEO

28 İyul 2017 12:23

Büdcənin gəlirləri ilə bağlı yarımillik proqnoz AÇIQLANDI

28 İyul 2017 12:22

Ferrari aldı, 1 saat sonra xurd-xəşil etdi - FOTO

28 İyul 2017 12:22

Sumqayıtda avtomobilləri talayan şəxs ələ keçdi

28 İyul 2017 12:19

7 idmançımız atıcılıq üzrə Avropa çempionatında mübarizəyə qoşuldu

28 İyul 2017 12:17

İsti hava şəraiti davam edəcək

28 İyul 2017 12:17

Məleykə Əsədova İtaliyada belə dincəlir

28 İyul 2017 12:17

Aspir yağının möcüzəsi

28 İyul 2017 12:14

Hitlerin 93 yaşlı tərcüməçisinin başına Kanadada OYUN AÇDILAR

28 İyul 2017 12:13

Broyler fabrikində baş vermiş partlayışla bağlı cinayət işi başladıldı

28 İyul 2017 12:12

"Azərbaycanda B hepatitinin yayılma səviyyəsi azalıb"

28 İyul 2017 12:12

Şabranda sevgilisindən ayrılan qız özünü asaraq intihara cəhd edib

28 İyul 2017 12:07

Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri bu il 1,6 mlrd. dollar artıb

28 İyul 2017 12:07

Rusiyanın qızıl-valyuta ehtiyatları 415 mlrd. dollara çatıb

28 İyul 2017 12:07

Biləsuvarda 9 yaşlı oğlan 7 yaşlı qızı güllələdi

28 İyul 2017 12:07

Bakı-Qazax yolunda dəhşətli qəza: yaralılar var

28 İyul 2017 12:05

"Kəpəz" milli komandaya uduzdu

28 İyul 2017 12:05

Müğənninin sevgilisi ilə boy fərqi - FOTO

28 İyul 2017 12:05

Biləsuvarda QORXUNC OLAY: 9 yaşlı oğlan 7 yaşlı uşağı GÜLLƏLƏDİ

28 İyul 2017 12:03