Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Uşağınızın süd dişlərini tullamayın

Uşağınızın süd dişlərini tullamayın

Date: 15 November 2016 21:47

Aparılan araşdırmalara görə, süd dişləri illər keçdikcə uşağınızın həyatını xilas edə bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, kök hüceyrə araşdırmalarına görə, illərlə ölü olan toxumaları istifadə etməyimiz mümkündür. 2003-cü ildə aparılan bir araşdırma, süd dişlərinin zəngin bir kök hüceyrə qaynağı olduğunu və ehtiyac duyulduqda başqa hüceyrələr halına gətirilə biləcəyini göstərdi.
Bir sözlə, uşağınızın süd dişlərini saxlayaraq, hər hansı bir səbəblə toxumaya ehtiyac duyulduqda hüceyrələrini yenidən böyüdə bilərsiniz.
Kök hüceyrələr tədricən gücünü və təsirini itirəcəyi üçün düzgün şəraitdə saxlanmalıdır. Bu barədə ailələr peşəkar səhiyyə xidmətindən istifadə edə bilər. Xüsusi tərkibli seyflərdə saxlanılan süd dişləri illərlə qala bilər.
Uşağınız üçün irəliləyən yaşlarda ehtiyac duyulduqda istifadə edilə bilər.

Milli.Az


Tags:  Uşağınızın süd dişlərini tullamayın

RƏYLƏR


Top news