Hərbi xidmətə getməmək günahdırmı?

Hərbi xidmətə getməmək günahdırmı?
22:12 15 Noyabr 2016
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Heç bir üzürlü və zəruri səbəb olmadan hərbi xidmətdən yayınmaq günahdır. Hərbiçilər vətəni, müsəlmanları qorumaqla savabı çox böyük olan işlərdən birini görürlər. Bu işin fəziləti (xeyri, üstünlüyü) haqqında Peyğəmbərimizdən (salləllahu aleyhi va səlləm) bir çox səhih hədislər rəvayət edilmişdir.
Milli.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizə Qədr gecəsindən daha fəzilətli gecə haqqında xəbər verimmi? Ailəsinin yanına bir daha qayıtmayacağından qorxaraq təhlükəli ərazidə keşik çəkənin (keçirdiyi gecə)". (əl-Hakim, 24240).
"Allah yolunda bir gün sərhəddə keşik çəkmək, başqa yerlərdə keçirilən min gündən daha xeyirlidir". (ən-Nəsəi, 3169, 3182).
"Kim Allah yolunda sərhədin keşiyini çəkərək ölərsə, qəbir əzabından arxayın olar və Qiyamət gününədək onun mükafatı artırılar". (İbn Hibban, 4606.)
"Kim Allah yolunda sərhəddə bir gün, bir gecə keşik çəkərsə, bir ay oruc tutmuş və bir ay namaz qılmış kimi savab qazanar. Kim də keşik çəkərkən ölərsə, eyni savabı qazanar, Allah ona ruzi verər və o, qəbir fitnəsindən əmin olar". (ən-Nəsəi, 3167, 3180).
Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!" (Ali İmran, 200).
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/489305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR