"AVRO-2016-dəki məğlubiyyətin qisasını almaq istəyirik"

"AVRO-2016-dəki məğlubiyyətin qisasını almaq istəyirik"
22:22 15 Noyabr 2016
87 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya millisinin baş məşqçisi Campiero Ventura Almaniya ilə keçiriləcək yoldaşlıq oyunundan öncə fikirlərini bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəsis bunları deyib:

"AVRO-2016-dəki məğlubiyyətin qisasını almaq istəyirik. Amma performans nəticədən əsasdır. Almaniya dünyada ən yaxşı təşkilatlanmış komandadır. Buna görə eksperimentlər üçün uyğun görüş deyil. Lakin mən qorxmuram. Bir qədər zəif rəqiblə oyunda bəzi şeyləri sınaqdan keçirmək olardı. Nəticələrin əhəmiyyəti böyükdür. Bizim gələcəyimiz təkcə sabah deyil. Almanlarla oyun gələcəyə baxmağa imkan verməlidir. Bu görüşdən sonra dünya çempionları ilə görüşü bizə nə öyrətdiyinə nəzər salmalıyıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR