Ukrayna MDB-dən çıxmağını rəsmiləşdirir

Ukrayna MDB-dən çıxmağını rəsmiləşdirir
22:37 15 Noyabr 2016
64 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya ilə Ukrayna arasında münasibətlər kritik həddə çata bilər. Ukraynaya məxsus torpaqlara hücum, ardınca da Krımın işğalı, referendum və şərq əyalətlərində separatizm əhval-ruhiyyəsini gücləndirən Kreml Kiyevdən cavab zərbələri almaqdadır. Ölkə ərazisində MDB-dən çıxmaq barədə çağırışların gücləndiyini nəzərə alan rəsmi Kiyev bununla bağlı çağırışları qanuniləşdirmək qərarına gəlib. Ukrayna xəbər saytlarının yaydığı məlumata görə, deputatlar Ukrayna Ali Radasına ölkənin MDB-dən çıxmasını nəzərdə tutan qanun layihəsini təqdim ediblər. Düzdür, Ukrayna Birliyin tamhüquqlu üzvü olmayıb. 2006-cı ildən isə dəfələrlə qurumdan çıxmaq barədə çağırışlar səslənib. Maraqlısı odur ki, Ukrayna MDB-nin qurucuları sırasında olsa da, onun Nizamnaməsini təsdiq etməyib. Bu səbəbdən də onun tamhüquqlu üzvü olmayıb. Əməkdaşlıq Ukrayna qanunvericiliyinə zidd olmayan sahələr üzrə davam edib. Məsələn, Kiyev MDB-nin bir sıra müqavilələrinə - iqtisadiyyat, hüquq-mühafizə orqanları, sosial və humanitar sahələri əhatə edən sənədlərə qol çəkib. Lakin birgə müdafiə və informasiya layihələrinə qoşulmayıb. Ukraynada ilk dəfə MDB-dən çıxmaq barədə təşəbbüs Viktor Yuşşenkonun hakimiyyətə gəlməsi ilə başlayıb.
 
2008-ci ildə o, ölkənin NATO-ya üzv qəbul edilməsinə nail olmaq üçün Alyansın Fəaliyyət Planına qoşulmaq barədə qərar qəbul edib. Bundan əlavə, Avropa İttifaqı ilə azad ticarət barədə Assosiativ sazişə imza atıb. Sonra da Rusiya ilə Ukrayna arasında ticarət müharibəsi start götürüb. V.Yuşşenkodan sonra hakimiyyətə gələn Viktor Yanukoviçin dövründə belə, Rusiya ilə münasibətlərdəki məhdudiyyətlər və baryerlər aradan qalxmadı. Ukraynanın baş naziri Nikolay Azarov dəfələrlə Rusiyanın özünü tərəfdaş dövlət kimi aparmamaqda günahlandırıb. V.Yanukoviçin komandası Ukraynanı bloklardan kənar dövlət elan etsə də, avrointeqrasiyanı əsas xətt kimi saxladı. Kiyevdə iki azad ticarət zonası - Avropa İttifaqı və MDB-nin birgə fəaliyyətinin mümkünlüyü ifadə etməyə başladılar. Yanukoviçin və Azarovun ölkənin NATO və Aİ-yə üzvlükdən imtina etmək barədə qərarı sonda onların devrilməsinə gətirib çıxardı. Ardınca da Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin başlanması MDB-ni bir qurum kimi səhnədən çıxmasına səbəb oldu.  Ukrayna deputatlarının MDB-dən çıxmaq barədə hazırladıqları qanun layihəsinə gəldikdə, sənədin giriş hissəsində Krımın işğalı və Donbasda baş verən hadisələr əks olunub. "Rusiyanın Ukrayna ərazisində atdığı hərbi addımlar şərq regionunda separatizm və terrorizmə yol açır", - deyə sənəddə vurğulanıb. Müəlliflərin qənaətincə, baş verənlər MDB-nin yaranması ilə bağlı hazırlanan Razılaşma Sənədinin bütün prinsip və şərtlərini pozur. Deputatlar layihədə qeyd ediblər ki, Birlik bir qurum olaraq bununla bağlı heç bir bəyanat səsləndirməyib: "Quruma üzv dövlətlərdən birinə qarşı həyata keçirilən hücuma görə bir qərar belə qəbul etməyib. Bel olan halda Ukraynanın MDB-də iştirakı məqsədəyönlü hesab edilməməlidir. MDB qarşıya qoyduğu məsələ və məramları yerinə yetirmir".
 
Ali Radaya təqdim olunan qanun layihəsində Ukrayna Nazirlər Kabineti qarşısında bir sıra məsələlər qoyulub. Bura ölkənin mərkəzi qərargahı Minskdə yerləşən MDB-dəki daimi nümayəndəliyinin bağlanması, qurumun bütün orqanlarındakı iştirakdan imtina edilməsi də daxildir. Bundan əlavə, Ukrayna nümayəndə heyətinin MDB PA-dakı fəaliyyətinin dayandırılması da nəzərdə tutulub. Yeri gəlmişkən, Ukrayna mütəmadi olaraq qurumda fəaliyyətini dayandırmaq barədə qərarlar qəbul edib. Belə ki, 2014-cü ildə Krımda keçirilən referendumdan sonra MDB-də sədrliyini dayandırıb. O vaxtdan bəri üzvlük haqqı da ödəməyib və MDB səviyyəsində gedən danışıqlara, iclaslara qatılmayıb. Ötən il isə prezident Pyotr Poroşenko MDB-dəki Ukrayna nümayəndəsi Anatoli Dronyanı İcraiyyə Komitəsindən geri çağırıb. MDB-yə üzv ölkələr arasında siyasi münasibətlər yalnız ikitərəfli münasibətlər səviyyəsinə keçib. Ötən il Kiyev hüquq-mühafizə sistemində də əlaqələri dayandırmaq qərarına gəlib. 2015-ci ilin martında Ukrayna Baş prokurorluğu MDB baş prokurorların koordinasiya şurasından çıxdığını bəyan edib. Üstündən bir qədər sonra isə Kiyev informasiya mübadiləsi və cinayətkarların axtarılıb tapılması üzrə işçi qrupdan da çıxıb.

Ekspertlər diqqəti ona yönəldirlər ki,  iqtisadiyyat son vaxtlara qədər Ukrayna və MDB arasında əsas bağlayıcı halqa olub. Məsələn, İqtisadi Tədqiqatlar İnstitutunun rəhbəri Veronika Movçan hesab edir ki, son illər durğunluğa baxmayaraq, MDB çərçivəsində ticarət dövriyyəsinin beşdə bir hissəsi Ukraynanın payına düşür. "Hələ də Ukrayna MDB ölkələrinə istehsal etdikləri maşınqayırma məhsullarının yarısını, kimya məhsullarının isə 40 faizini ixrac edirlər", - deyə o bildirib. Ukraynada isə bir sıra ekspertlər hesab edirlər ki, Ali Radanın qərarı Ukrayna ilə Rusiya arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə, hətta diplomatik münasibətlərin kəsilməsinə səbəb ola bilər. Ölkə ərazisində keçirilən rəy sorğuları da ziddiyyətli xəbərlər ortaya qoyur. Rəyi soruşulanların 36 faizi hesab edir ki, Ukrayna MDB-dən çıxmalıdır. Ukraynada fəaliyyət göstərən Razumkov Mərkəzinin yaydığı xəbərdə göstərilir ki, rəyi soruşulanların 43 faizi MDB-dən çıxmağın əleyhinədir. 55 faiz respondent isə Rusiya ilə diplomatik münasibətlərin kəsilməsinə qarşıdır.

Beləliklə, Ukrayna parlamenti hansı nəticəyə gələcək - sənədin müzakirəsini bir kənara qoyacaq, yoxsa onu qəbul etməyə çalışacaq? Məsələ ondadır ki, ölkə daxilində siyasi vəziyyət də birmənalı deyil. Xüsusən də ölkədə məmur və deputatların gəlir bəyannaməsini açıqlaması vəziyyəti gərginləşdirib. Bəlli olub ki, onların milyonlarla dollar mülk və varidatı var. Bu səbəbdən də əksəriyyət növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsini ortaya atıb. Bu səbəbdən də Ali Rada ola bilsin ki, MDB-dən çıxmaq məsələsinin müzakirəsini təxirə sala və onun qəbulunu yeni parlamentin ixtiyarına verə bilər.

"Kaspi"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilib

23 Avqust 2017 18:02

Merkel NATO nizamnaməsini RƏDD ETDİ

23 Avqust 2017 17:58

Azərbaycanın 28 rayonunda içməli su təchizatı sistemi qurulacaq

23 Avqust 2017 17:52

Manatın sabaha olan məzənnəsi

23 Avqust 2017 17:52

Qafqazın ilk xanım fan klubunun üzvləri: ""Qarabağ" tarix yazacaq" - FOTOLAR

23 Avqust 2017 17:48

İçməli su ilə təminatı yaxşılaşdırılacaq yaşayış məntəqələrinin siyahısında dəyişikliklər edildi

23 Avqust 2017 17:43

Azərbaycanın Gürcüstandakı səfiri Kvemo-Kartli regionuna səfər edib

23 Avqust 2017 17:42

Almaniyada avtobus aşıb, 40 nəfər yaralanıb

23 Avqust 2017 17:42

İlham Əliyev Petro Poroşenkonu təbrik edib

23 Avqust 2017 17:39

Prezident İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunu təsdiqləyib

23 Avqust 2017 17:37

Şirvan Əbilov “Tərəqqi” medalı ilə təltif edilib

23 Avqust 2017 17:37

“AccuWeather” hava proqramı “iOS” istifadəçilərini izləyir

23 Avqust 2017 17:35

Qubanın Qəçrəş kəndində yeni elektron ATS istifadəyə verilib

23 Avqust 2017 17:35

Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir - MƏLEYKƏ ABBASZADƏ AÇIQLADI

23 Avqust 2017 17:34

“Günəşli” yatağındakı 5 saylı özüldən qazılması planlaşdırılan quyunun qazma proqramı müzakirə edilib

23 Avqust 2017 17:32

TAP-ın Yunanıstan və Albaniya hissəsində 360 km borular xəndəklərə endirilib

23 Avqust 2017 17:32

Manaf Ağayevdən "Qarabağ"ın oyunu haqda:

23 Avqust 2017 17:31

"Beşiktaş"ın prezidenti azərbaycanlı modellə sevgili imiş - FOTOLAR

23 Avqust 2017 17:29

Prezident Petro Poroşenkonu təbrik etdi

23 Avqust 2017 17:28

Azərbaycan Prezidenti ukraynalı həmkarına təbrik məktubu göndərib

23 Avqust 2017 17:27

Məleykə Abbaszadə: “Növbəti tədris ili üçün yeni növ qəbul və buraxılış imtahanları tədbiq olunacaq”

23 Avqust 2017 17:22

Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not yerləşdirib

23 Avqust 2017 17:22

Madafiə nazirləri Bakıda görüşəcək

23 Avqust 2017 17:19

"Qarabağ" qalib gəlsə, ərə gedəcəm" - FOTOLAR

23 Avqust 2017 17:17

Proqnoz: Yuan ucuzlaşmağa başlaya bilər

23 Avqust 2017 17:17

Dolların sabahkı MƏZƏNNƏSİ

23 Avqust 2017 17:13

Ramil Quliyev dünya çempionatında “Əsgər salamı” verməsinin səbəbini açıqlayıb

23 Avqust 2017 17:12

Ueyn Runi İngiltərə yığmasındakı karyerasını başa vurub

23 Avqust 2017 17:12

İran və Səudiyyə Ərəbistanı bir - birinə nümayəndə heyətləri göndərəcəklər

23 Avqust 2017 17:12

"Quduzluq ölümlə nəticələnən ağır xəstəlikdir"

23 Avqust 2017 17:12

Gürcüstanın müdafiə naziri: “Göstərdiyi qardaşlıq köməyinə görə Azərbaycana minnətdarıq”

23 Avqust 2017 17:08

Ayaz Mütəllibovun keçmiş mətbuat katibinin məhkəməsində zərərçəkmiş şəxs ifadə verib

23 Avqust 2017 17:07

Neftçi"nin prezidenti SOCAR-ın "qara siyahısı"nda

23 Avqust 2017 17:07

Kanada şirkəti Azərbaycanın quru yatağında yeni qurğu quraşdırıb

23 Avqust 2017 17:02

Şirvanda 3 otaqlı ev yanıb

23 Avqust 2017 16:59

Ağrıya baxan “erməni” gözü, yaxud Kələntərov necə Lavrov oldu?

23 Avqust 2017 16:58

Qəhrəman Ağayev: "Xızıda aşkarlanan məzarlıqda arxeoloji qazıntılar aparılmalıdır"

23 Avqust 2017 16:52

”Qarabağ” dünya azərbaycanlılarının qürur yerinə çevrilib”- Belçikalı aktyor

23 Avqust 2017 16:48

Messi açıqlaması: "Barselona"dan gedə bilər"

23 Avqust 2017 16:47

Hərbi Dəniz Qüvvələrinin sabiq komandanının işi Bakı Hərbi Məhkəməsinə qaytarılıb

23 Avqust 2017 16:42

Avtovağzalda bölgələrə biletlərin rəsmi qiyməti

23 Avqust 2017 16:42

Azərbaycan taekvondoçusu Universiadada qızıl medal qazanıb

23 Avqust 2017 16:32

Babək Qalası mərasiminə qatılan fəallar məhkəməyə çağırılır

23 Avqust 2017 16:23

Bir ovuc qarpız tumunu qaynar suya atın - Nəticəsi sizi çox təəccübləndirəcək!

23 Avqust 2017 16:18

Badamı isladıb yeyin, MÖCÜZƏNİN şahidi olun

23 Avqust 2017 16:18

Avropa ənənəvi enerji növlərindən imtina edir

23 Avqust 2017 16:17

FHN: Nərimanovda binanın həyətində taxta hasar yanır

23 Avqust 2017 16:17

Bakılı qızlar söz verdi: "Qarabağ" qalib gəlsə...

23 Avqust 2017 16:17

Bakıda yaşayış binası yanır

23 Avqust 2017 16:08

Xəzərdə batan 2 nəfər xilas edilib

23 Avqust 2017 16:06