Kimlərlə evlənmək olmaz?

Kimlərlə evlənmək olmaz?
22:42 15 Noyabr 2016
297 Ölkə
Ölkə mətbuatı
A- A+

Quranda bəzi qohumlarla evlənmək qadağan edilmişdir. Nəsəb, süd, evlilik, din fərqi, zinakarlıq kimi səbəblər evlənmə maneələri sayılır. Bu səbəblərdən evlənmələri caiz olmayan qadınlara "məhrəm" deyilir. Aşağıdakı ayələrdə bunlar bildirilmişdir:

"Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın qəzəbinə səbəb olan) pis bir yoldur! Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qizları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!" (Nisa, 4/22-24)

Milli.Az meneviyyat.az-a istinadən bildirir ki, ayə bildirildiyinə görə aşağıdakı şəxslərlə evlənmək qadağandır:

Atanın həyat yoldaşı: Bundan məqsəd ögey anadır. Atanın nikahında olan və ya boşanan ögey ana ilə evlənmək haramdır.
Ana: Bu, nənələrə də şamildir.
Qız: Nəvələrə də şamildir.
Bacı: Doğma bacı və ya bir tərəfi ögey (anabir, atabir) bacılar.
Bibi: Atanın doğma və ya ögey bacıları.
Xala: Ananın doğma və ya ögey bacıları.
Qardaş uşaqları.
Bacı uşaqları.
Sadalanan kişi və qadınlar bir-birinin məhrəmidir, yəni onlara bir-biri ilə evlənmək həmişəlik haramdır.

Süd anası: Körpənin ilk iki yaşında südünü əmdiyi qadın onun süd anası sayılır və həmin qadınla evlənmək ona haramdır.
Süd bacı-qardaşlar: Süd ananın doğma oğlu və qızları əmizdirdiyi körpənin süd bacı-qardaşları sayılır və bunlarla evlənmək də caiz deyil.
"Nəsil (soy) birliyindən haram olanlar süd (əmmək) səbəbilə də haramdır."[1] hədisi haram məhdudiyyətini daha ətraflı açıqlayır. Buna görə süd ananın "üsul" (ata-ana, baba-nənə...) və "fürusu" (uşaqlar, nəvələr...) ilə süd əmən övladın evlənməsi haramdır. Həmçinin həmin qadından süd əmən başqaları ilə də evlənə bilməz.

Qayınana: Bir qız ilə nikahlanan (aralarında cinsi əlaqə olmasa belə) o qızın anası ilə evlənə bilməz.
Ögey qız: Bir qadınla nikahlanıb cinsi əlaqədə olan kimsə, o qadının (başqa kişidən olan) qızı ilə də evlənə bilməz.
Gəlin: Oğlunun xanımı ilə evlənmək haramdır.
Baldız: İki bacıdan bir ilə evli olan (boşanmadan və ya xanımı ölmədən) baldızı ilə evlənə bilməz. Hədislər, xanımın xala və bibisi kimi yaxınlarını da baldız hökmünə aid etmişdir.[2]
Evli qadın: Başqası ilə evli qadın boşanıb və ya əri ölüb iddət müddətini bitirmədiyi müddətcə ikinci kişi ilə evlənə bilməz.
Başqa dindən olanlar: "Müsəlman olmayanlar eyni zamanda əhli-kitab da deyildirsə, onlarla evlənmək müsəlman kişi və qadınlar üçün haramdır." (Bəqərə, 2/221)
"Əhli-kitab olan qeyri-müslimlərə gəldikdə isə, bunlardan qız almaq caizdir; müsəlman kişilər yəhudi və xristian qadınlarla evlənə bilərlər" (Maidə, 5/5).

"Ancaq bunlara qız vermək caiz deyil; yəni müsəlman qadınlar müşrik və dinsizlərlə evlənə bilməyəcəkləri kimi, yəhudi və xristian kişilərlə də evlənə bilməzlər." (Bəqərə, 2/221; Mümtəhinə, 60/10)

Müsəlman qadın müsəlman olmayan kişi ilə evlənərsə, onun yaşayışını, həyat tərzini mənimsəyəcək, dünyaya gətirəcəyi uşaqlar da ehtimal ki, atanın dininə tabe olacaqlar. Bundan başqa qadının dini həyatı da təhlükə altında qalacaqdır.

Müsəlman kişi qeyri-müsəlman qadınla evləndiyi təqdirdə həm onun hidayətə qovuşması ehtimalı artacaq, həm də dünyaya gələcək uşaqlara ata hakim olacaqdır.

Zinakar: "Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir." (Nur, 24/3). Bir müsəlman kişinin zinakar qadınla evlənməsi caiz deyil. Ancaq tövbə edən müstəsnadır.
Əvvəllər zina etdiyi bilinən, lakin buna davam etməyən mömin qadın və kişi ilə evlənmək məkruh olmaqla yanaşı, nikah əqdi səhih (mötəbər) sayılır. Alimlərin əksəriyyəti bu fikirdədir.[3]

[1] Buxari, Nikah, 20, 27, 117; Müslim, Riba, 1.

[2] Buxari, Nikah, 27; Müslim, Nikah, 33.

[3] Şevqani, Neylul-əvtar, VI, s. 156; Elmalılı Hamdi Yazır, Təfsir, s. 3478.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Merkel Ərdoğan və Trampı təqlid etdi

27 İyul 2017 02:48

Fəal "Facebook" istifadəçilərinin sayı cari ilin II rübündə 2 milyardı ötüb

27 İyul 2017 02:37

Lənkəranda toyda dava düşdü - yaralananlar var

27 İyul 2017 02:34

Züheyr Muraddan yeni kolleksiya - FOTO

27 İyul 2017 02:32

“Stress çarxı”nın rəqibi peyda oldu

27 İyul 2017 02:20

"Neftçi" "Şalke"yə belə məğlub oldu - VİDEO

27 İyul 2017 02:03

Tablolardan paltarlar - FOTO

27 İyul 2017 01:32

Barmağı telefona çevirən “ağıllı” üzük

27 İyul 2017 01:30

Gürcüstan telekanalında yanğın oldu

27 İyul 2017 01:29

"Neftçi" Almaniyanın "Şalke" klubuna məğlub olub

27 İyul 2017 01:22

Çempionlar Liqasında gecənin NƏTİCƏLƏRİ

27 İyul 2017 01:14

Çempionlar Liqasında III təsnifat mərhələsinin daha 9 oyunu keçirilib

27 İyul 2017 01:02

Goranboyda maşın aşdı - Yaralananlar var - FOTO

27 İyul 2017 00:48

Hacıqabulda 4 otaqlı ev yandı

27 İyul 2017 00:34

ABŞ-da təyyarə avtomobil yoluna düşüb, ölənlər var

27 İyul 2017 00:32

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiyası edib

27 İyul 2017 00:30

Tillerson istefa xəbərlərini təkzib etdi

27 İyul 2017 00:29

Astroloji proqnoz - 27 iyul

27 İyul 2017 00:13

17 yaşlı oğlan özünü asdı - Şəkidə

27 İyul 2017 00:09

"Leipzig" Keytanı satmaq barədə düşünə bilər

27 İyul 2017 00:05

Günün qoroskopu: diqqəti əldən verməyin

27 İyul 2017 00:05

Fatih Terim 3,5 milyon avro təzminat alacaq

27 İyul 2017 00:04

Tramp maaşından imtina etdi

27 İyul 2017 00:03

Kaxaber Sxadadzenin yerinə ispan mütəxəssis

26 İyul 2017 23:57

Bellanı bir də belə görün - FOTO

26 İyul 2017 23:57

Bürclər – 27 İYUL

26 İyul 2017 23:55

Mustafa Ceceli və yeni həyat yoldaşı bal ayından qayıtdı - FOTO

26 İyul 2017 23:52

ABŞ-da ev balığını öldürən şəxs 4 ay müddətinə həbs olunub

26 İyul 2017 23:47

"Bavariya" "Real" qədər böyük klubdur"

26 İyul 2017 23:47

Çəkilmədiyi film üçün Şarliz Terona kömək etdi

26 İyul 2017 23:42

Bakıda atasını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL

26 İyul 2017 23:37

"Sanki xalq düşməniyəm"

26 İyul 2017 23:37

Elmdə müdhiş sıçrayış

26 İyul 2017 23:37

Tramp maaşını ABŞ Təhsil nazirliyinin hesabına köçürüb

26 İyul 2017 23:32

Azərbaycan neftinin SON QİYMƏTİ

26 İyul 2017 23:27

Tramp maaşını təhsil nazirliyinə verdi

26 İyul 2017 23:24

Körpələrə verilən köməkçi qidanın həcmi nə qədər olmalıdır?

26 İyul 2017 23:22

Natavanın toydan sonra qayınatasıgildə ilk fotosu

26 İyul 2017 23:22

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini olduğu kimi saxlayıb

26 İyul 2017 23:20

Sığorta şirkəti öhdəliyini yerinə yetirmir: Vətəndaş sığorta pulunu ala bilmir - VİDEO

26 İyul 2017 23:17

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiya edib

26 İyul 2017 23:05

Salyan sakini avtomobili aşırdı - FOTOLAR

26 İyul 2017 23:03

Həbib Əlizadədən növbəti kreativ addım - VİDEO

26 İyul 2017 22:57

Dərinin yanmadan qorunması üsulları

26 İyul 2017 22:57

Daşkəsəndə qayın yeznəni döydü

26 İyul 2017 22:49

Bacısı ilə boşandığı üçün aralarında mübahisə düşdü - yeznəsi tərəfindən döyüldü

26 İyul 2017 22:47

Xəzərdə batan iki nəfər xilas edilib

26 İyul 2017 22:45

Cinsi zəifliyi aradan qaldıran cövhər

26 İyul 2017 22:42

Bakıda qardaş bacısına qısqanclıq zəminində 13 bıçaq zərbəsi vurub

26 İyul 2017 22:42

Yayda bu qidalara üstünlük verilməlidir

26 İyul 2017 22:37