Niyə qadınlardan peyğəmbər göndərilməyib?

Niyə qadınlardan peyğəmbər göndərilməyib?
22:52 15 Noyabr 2016
172 Ölkə
Ölkə mətbuatı
A- A+

Qadınlardan peyğəmbər göndərilibmi? Əgər göndərilməyibsə bunun hikmətləri nədir?

İslam ailmlərindən peyğəmbərlərin sadəcə kişilərdən olduğunu iddia edənlər olduğu kimi, qadınlardan da peyğəmbər ola biləcəyini söyləyənlər olmuşdur. İslamda iki əsas etiqadi məzhəb olan Maturidi və Əşari məzhəbləri göndərilən bütün peyğəmbərlərin kişi olması məsələsində həmfikir olmalarına baxmayaraq, Əşarilər qadınlardan da peyğəmbər ola biləcəyini irəli sürür.

Milli.Az meneviyyat.az-a istinadən bildirir ki, peyğəmbərlərin sadəcə kişilərdən ola biləcəyini qəbul edənlər bu ayələrə əsaslanırlar:

"Səndən əvvəl də (səhra əhlindən deyil) ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə-neçə kişilər (qadın, mələk yox, məhz kişi peyğəmbərlər) göndərdik..."[1]

"(Ya Rəsulum!) Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik. Əgər (bunu) bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun!"[2]

Bunun əksinə olaraq Əbul Həsən əl-Əşari isə, "Səndən əvvəl də (səhra əhlindən deyil) ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə-neçə kişilər (qadın, mələk yox, məhz kişi peyğəmbərlər (rəsullar)) göndərdik..."[3] ayəsinə əsaslanaraq qadınlardan nəbilər göndərildiyini, fəqət rəsullar göndərilmədiyini bildirir. Əşariyə görə, Hz. Musanın anası, Fironun arvadı, Hz. Sara, Hz. Məryəm və Bəliqs olmaqla beş qadın peyğəmbər var. Əşarilərin əsaslandığı ayələr bunlardır:

"Biz Musanın anasına (ilham yolu ilə, yaxud röyada): "Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!" - deyə bildirdik."[4]

"Anana vəhy olunacaq şeyi vəhy etdiyimiz zaman."[5]

"(İbrahimin) arvadı (Sara pərdə arxasında) durmuşdu (və ya qonaqlara qulluq edirdi). O (bu sözləri eşidib Lut tayfasının başına gələcək müsibətdən qafil olduğuna sevinərək və ya qoca yaşında oğlu olacağına təəccüblənərək) güldü. Bundan sonra Biz onu İshaqla, İshaqın da ardınca Yəqubla (İshaqın, ondan sonra Yəqubun dünyaya gələcəyi ilə) müjdələdik. (İbrahimin arvadı) dedi: "Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!" (Mələklər ona) dedilər: "Allahın əmrinə (əmr etdiyi bir şeyə) təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükür olunmağa, öyülüb mədh edilməyə layiqdir!" "[6]

"(Ya Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: "Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur."[7]

"(Ya Rəsulum!) Kitabda (Quranda) Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb (evinin, yaxud Beytülmüqəddəsin) şərq tərəfində (ibadət məqsədilə xəlvət) bir yerə çəkilmişdi. Və ailə üzvlərindən gizlənmək (paltarını dəyişmək, yaxud yuyunub təmizlənmək) üçün pərdə tutmuşdu. Biz də Öz ruhumuzu (Cəbraili Məryəmin) yanına göndərdik. Ona (Məryəmə) kamil bir insan qiyafəsində göründü. (Məryəm) dedi: "Mən səndən Rəhmana (Allaha) pənah aparıram. Əgər müttəqisənsə (mənə toxunma)!" (Cəbrail:) "Mən sənə ancaq təmiz (məsum) bir oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçisiyəm!" - dedi. (Məryəm) dedi: "Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!" (Cəbrail) dedi: "Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!"[8]

Maturidi alimləri isə, (ayələrdə bildirilən və) qadınlara gələn bu vəhyin nəbəvi vəhy sayılmadığını (bal arısına gələn vəhylə eyni olduğunu) bildirirlər. Bu izah daha doğru və ağlabatan görünür. Həqiqətən də qadınlara vəhy olunduğunu bildirilən yuxarıdakı ayələr onların peyğəmbər ola biləcəyini söyləmək üçün kifayət deyil.

İslam alimlərinin əksəriyyəti Hz. Musanın anasının peyğəmbər olmadığı haqqında həmfikirdir. Qadınların peyğəmbər ola biləcəyini iddia edən Əşari ailmləri isə, onların dövlət başçısı və hakim olmasına birmənalı münasibət bəsləmir və bunu qəbul etmirlər. Digər tərəfdən "(Ya Rəsulum!) Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik..."[9] ayəsi də qadınların peyğəmbər ola bilməyəcəyinin sübutudur. Qurandakı vəhy kəlməsi ancaq peyğəmbərə gələn vəhy mənasında yox, başqa mənalarda da işlədilmişdir.

Niyə qadınlardan peyğəmbər göndərilməyib?

Risalət və nübüvvət, başqa sözlə peyğəmbərlik məsləyi qadınlardan çox kişilərə daha uyğundur. Allah tərəfindən kişilərin bu vəzifəyə seçilməsinin bir çox hikmətləri mövcuddur. Dəvət vəzifəsini yerinə yetirmək üçün insanlarla bir arada olmaq, onlarla gizli və açıq şəkildə görüşmək, uzaq yerlərə səyahət etmək, inkar edənlərin təzyiqlərilə qarşılaşmaq, ordulara komandirlik etmək və bənzəri çətinliklərə sinə gərmək qadınlar üçün olduqca çətindir.  Çünki, qadın fiziki və psixoloji olaraq daha zərif yaradılmışdır. Bundan əlavə qadınlarda yaradılış gərəyi heyz (aybaşı), nifas (zahılıq), hamiləlik və doğum kimi xüsusi hallar baş verir. Üstəlik onların uşaq baxmaqla da məşğul olması qadınların bu vəzifəni icras etməyinə mane olan faktorlardandır.

Bu mövzuda son olaraq onu demək olar ki, qadınlardan peyğəmbər ola biləcəyini iddia etmək sadəcə kəlami fikir müxtəlifliyindən başqa bir şey deyil. Çünki, tarixdən də qadınlardan peyğəmbər göndərilmədiyi aydındır.

[1] Yusuf 12/109.

[2] Nəhl 16/43.

[3] Yusuf 12/109.

[4] Qəsas 28/7.

[5] Taha 20/38.

[6] Hud 11/71-73.

[7] Ali-İmran 3/42.

[8] Məryəm 19/16-21.

[9] Nəhl 16/43.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

FİFA 2017-ci ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb

17 Avqust 2017 17:52

Sabaha olan məzənnə

17 Avqust 2017 17:50

MİT PKK-nın Suriya planını pozdu - FOTOLAR

17 Avqust 2017 17:48

Sudanın dövlət başçısı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

17 Avqust 2017 17:42

"Salam taksi"də fırıldaqçılıq

17 Avqust 2017 17:40

Feysbukdan növbəti YENİLİK – FOTO

17 Avqust 2017 17:38

"Mavi itlər" küçələrə axışdı

17 Avqust 2017 17:38

Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisinə 5,8 milyon manat ayrılıb

17 Avqust 2017 17:37

“ASUS ZenFone 4” və “ZenFone 4 Pro” smartfonları rəsmən təqdim edilib

17 Avqust 2017 17:35

"Həmsədrlər prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər"

17 Avqust 2017 17:34

Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planını yerli məhkəmə təsdiqləyib

17 Avqust 2017 17:32

Müslüm Maqomayevin xatirəsi yad edilib

17 Avqust 2017 17:32

Quduz it 5 yaşlı körpəni dişləyib öldürdü - AZƏRBAYCANDA DƏHŞƏT

17 Avqust 2017 17:29

Ölülərin fotoşəkillərini evdə saxlamayın, YOXSA ...

17 Avqust 2017 17:28

Mahir Mədətovun atası oğlu ilə aparıcı arasında yayılan xəbərdən danışdı

17 Avqust 2017 17:27

Türkiyəli nazir: "STAR" Türkiyə üçün önəmli layihədir"

17 Avqust 2017 17:27

Rusiya XİN: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti sammitə hazırlıq üzərində işləyir

17 Avqust 2017 17:27

Sumqayıtda binada yanğın:

17 Avqust 2017 17:23

Sabah Boliviyanın XİN başçısı Azərbaycana gələcək

17 Avqust 2017 17:22

Vladimir Doroxin: "Maqomayev yalnız yaddaşımızda yaşamaq üçün yox, həm də Moskva və Bakı arasında münasibətlər üçün vacibdir"

17 Avqust 2017 17:22

"Qarabağ" iki ən yaxşıdan biri seçildi - RƏQƏMLƏR

17 Avqust 2017 17:19

Manatın sabaha olan MƏZƏNNƏSİ

17 Avqust 2017 17:18

Yəhudilərin gizli türk agenti xərçəngin müalicəsini açıqladı: “Necə sevişirsinizsə...” -MÜSAHİBƏ

17 Avqust 2017 17:18

Dünyada iqtisadi artım son 7 ilin rekordunu yeniləyib

17 Avqust 2017 17:17

UEFA "Kopenhagen" klubunun Maksim Medvedevlə bağlı şikayətini rədd edib

17 Avqust 2017 17:12

Qozlu göbələk dolması

17 Avqust 2017 17:10

Hindistanda DƏHŞƏT: Təcavüzə uğrayan 10 yaşlı qız dayısından uşaq dünyaya gətirdi

17 Avqust 2017 17:08

Ukrayna Sərhəd Xidmətinin sözçüsü: “Mixeil Saakaşvili ölkəyə buraxılmayacaq”

17 Avqust 2017 17:07

Elmar Məmmədyarov: "Güc tətbiq edərək dövlətlərin sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir"

17 Avqust 2017 17:07

Sumqayıtda bina yandı: sakinlər təxliyyə edildi

17 Avqust 2017 17:04

Biznesmenlə nişanlanan azərbaycanlı müğənnini diri-diri "basdırdılar"– FOTO

17 Avqust 2017 16:58

AÇG layihəsinə bu il 831 mln. dollar xərclənib

17 Avqust 2017 16:57

ABŞ-ın müdafiə naziri Türkiyəyə səfər edəcək

17 Avqust 2017 16:52

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi işlərinin 96%-i yekunlaşıb

17 Avqust 2017 16:52

Prezidentlərin övladları Azərbaycana gələcək

17 Avqust 2017 16:50

Kürdlər müstəqillik referendumunu təxirə salırlar – ŞƏRTLƏR

17 Avqust 2017 16:48

“Bank VTB (Azerbaijan)” korporativ müştərilərə overdraft xidməti təklif edir

17 Avqust 2017 16:47

FHN əməkdaşları daha bir nəfəri ölümdən xilas etdi

17 Avqust 2017 16:44

İspaniya yığmasının və “Barselona”nın sabiq qapıçısı karyerasını başa vurub

17 Avqust 2017 16:42

Prezidentlərin övladları Azərbaycana gələcək

17 Avqust 2017 16:38

“ASUS” şirkətinin “Windows 10 S” sistemi ilə işləyən ilk noutbuku təqdim edilib

17 Avqust 2017 16:35

ADU-da Polşa Mərkəzi yaradılacaq

17 Avqust 2017 16:32

ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 37% artırıb

17 Avqust 2017 16:32

Məsciddə dava

17 Avqust 2017 16:30

Əzələ ağrılarının effektli müalicəsi - VİDEO

17 Avqust 2017 16:28

Azərbaycanın intim səhnələrdə rol alan aktirisaları

17 Avqust 2017 16:23

Dünyanın ən yaxşı və ən pis şəhərlərinin siyahısı AÇIQLANDI

17 Avqust 2017 16:18

BAKI: Dönərçi ilə balaca qızın maraqlı söhbəti

17 Avqust 2017 16:18

Bir neçə ölkənin prezidentlərinin övladları Bakıda keçirilən forumda iştirak edəcəklər

17 Avqust 2017 16:17

“Şahdəniz Mərhələ 2” üzrə işlərin 95%-dən çoxu tamamlanıb

17 Avqust 2017 16:17