Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əxlaqsız qadının həyatından bir gün - FOTO

Əxlaqsız qadının həyatından bir gün  - FOTO

Date: 15 November 2016 23:03

ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində yüzlərlə bordel, fahişəxana var. Həmin məkanlar media üçün qapalıdır. Lakin bordellərdən birində çalışan Alissa adlı qadın yaşamından bəhs edib.

Milli.Az Vice-a istinadən bildirir ki, Alissa səmimi olduğunu söyləyib. O, 6 ildir ki, "Sheri's Ranch" bordelində çalışır.

Fotolar da Alissanın yaşamından bir günü göstərir.

"Günüm ümumi idman zalında məşqlərlə başlanır. Sonra otağımı yoxlayıram, müştəriləri qəbul etmək üçün "gərəkli" vasitələri yerbəyer edirəm. Paltarları seçirəm, alt geyimlərimi müəyyənləşdirirəm. Mayiyajı başa vuranda elektron poçtumu yoxlayır, potensial müştərilərin məktublarını oxuyuram, görüşləri dəqiqləşdirirəm. Müştəri ilə bordelimizin barında göürüşür, sonra onu otağıma apaıram. Otaqda qiyməti razılaşdırıram. Müştəri pulu ofisdəki menecerə ödəyir", - Alissa söyləyib.

Onun sözlərinə görə, əvvəllər Sietl şəhərində fahişəlik edib. 2010-cu ilin yanvar ayından bəri "Sheri's Ranch"da işləyir.

Alissa onu da deyiğ ki, "Sheri's Ranch" qapalı bordeldir: "Müqavilə müddəti başa çatmayınca buranı tərk edə bilmərik. Yəni hansısa müştəri bizi buradan "əyləncə" üçün də apara bilməz. Bordeldə narkotiklər və silah yasaqdır. Eyni vaxtda 25 qız işləyir. Ümumiyyətlə isə bordeldə müştərilərə xidmət göstərənlərin sayı 100 nəfərdən çoxdur. Mənim YouTube-da şoum da var. İş olmayanda, istirahət günlərində burada əylənir, bilyard oynayır, musiqiyə qulaq asırıq. Sevdiyim qız da var. Burada yaxşı pul qazanmaq olar".


















Tags:  Əxlaqsız qadının həyatından gün FOTO

RƏYLƏR


Top news