Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Silk Way”ə məxsus “AN-12”-nin Əfqanıstanda qəzaya uğramasına dair ilkin hesabat yayıldı

“Silk Way”ə məxsus “AN-12”-nin Əfqanıstanda qəzaya uğramasına dair ilkin hesabat yayıldı

Date: 15 November 2016 23:09

Dövlətlərarası Aviasiya Komitəsi (DAK) 2016-cı ilin mayın 18-da 7 nəfərin ölümü və 2 nəfərin yaralanması ilə nəticələnən Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus “AN-12” yük təyyarəsinin Əfqanıstanda qəzaya uğramasına dair ilkin hesabat dərc edib.    

 

APA-nın “RİA Novosti/Praym”a istinadən verdiyi xəbərə görə,

 

Hesabatda qeyd olunub ki, təyyarə uçuş zolağından kənara çıxaraq ciddi zədələr alıb və alışıb, nəticədə təyyarənin konstruksiyasının böyük hissəsi tam sıradan çıxıb.

 

Qeyd edək ki, mayın 18-də “Silk Way” aviaşirkətinə məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub. Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub. 

 

Təyyarə Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı qəzaya uğrayıb.

 

 


Tags:  Silk Wayə məxsus AN-12-nin Əfqanıstanda qəzaya uğramasına ilkin hesabat yayıldı



RƏYLƏR


Top news