Rasputina səhnəyə qayıtdı

Rasputina səhnəyə qayıtdı
23:12 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Rusiyalı müğənni Maşa Rasputina 20 ildən sonra sevənlərinin qarşısına çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hər zaman qalmaqalları ilə seçilən müğənni bu dəfə tamamilə sakit görünüb. O, köhnə mahnılarını ifa edərək tamaşaçılara zövq verib.

Maşa hər kəsi Allahı sevməyə və terrorçularla mübarizədə birləşməyə səsləyib.

"Mən Allahı çox sevirəm. Bu neçə illər ərzində o, mənə kömək olub. Siz də onu sevin. Mən sizi də çox sevirəm. Yaxşı ki, bu gün gəldiniz və gözəl günümü mənimlə bölüşdünüz", - deyə Rasputina bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/489764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR