Facebook-da çoxlu baxış sayı yığmaq üçün meşəni yandırdı - VİDEO

Facebook-da çoxlu baxış sayı yığmaq üçün meşəni yandırdı - VİDEO
23:43 15 Noyabr 2016
123 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikalı Johnny Mullins bəlkə də ətraf mühit qoruyucularının qəzəbinə tuş gələcək.

Belə ki, həvəskar meteoroloq olan Johnny Mullins Facebook-da çoxlu izlənmə sayı yığmaq üçün Kentukki ştatının meşələrindən birində ağacları yandırıb. O, videonu öz Facebook səhifəsində paylaşıb.

İstipress technote.az-a istinadən xəbər verir ki, öz hərəkəti ilə Mullins canlı yayımına daha çox adamı cəlb edərək məşhur meteoroloq olmaq niyyətini güdürmüş. Məlumata əsasən, öz günahını etiraf edəndən sonra Mullins polislər tərəfindən həbs olunub (ABŞ qanunvericiliyinə əsasən, bu cür cinayət 25 il azadlıqdan məhrum edilmə ilə cəzalandırılır). "Bu, həqiqətən də, iyrənc bir hərəkətdir. Çünki, əslində, o, yaxşı oğlandır. Lakin o yanılır və digərlərini necə böyük təhlükəyə atdığını başa düşmür", - polis rəisi James Stephens bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR