Obamanın Afinaya səfəri iğtişaşlara çevrildi

Obamanın Afinaya səfəri iğtişaşlara çevrildi
00:05 16 Noyabr 2016
101 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama Yunanıstanda rəsm səfərdədir. Ölkə paytaxtı Afinanın mərkəzində kütləvi etiraz aksiyası keçirilir.

Milli.Az ERT-yə istinadən bildirir ki, aksiyada 4 mindən artıq yunan iştirak edirlər. Yasağa rəğmən, onlar Politexnik Universitetdən ABŞ səfirliyinə yürüş editblər. Yürüş iştirakçıları, o cümlədən anarxistlər Stadiu və Amerika küçələrinin kəsişməsində polis səfini yarmaq istəyiblər. Polis gözyaşardıcı qaz tətbiq edəndə aksiya iştirakçıları asayiş keşikçilərinə daşlar və "Molotov kokteyl"ləri atıblar, polis əməkdaşlarını dəyənəklərlə vurublar.

Onlarla aksiya iştirakçıları tutulub.

Aksiyanın səbəbi Obamanın Yunanıstana 1973-cü ildə tələbələrin üsyanının hərbi xunta tərəfindən qan içində boğulmasının ildönümünə iki gün qalmış yollanmasıdır. Yunanıstandakı hərbi xuntanı Vaşinton dəstəkləyirdi.

Bu səbəbdən də aksiya iştirakçıları "Bizə müdafiəçilər gərək deyil!", "Yankilər, rədd olun evinizə!" şüarları yazılmış plakatlar tutmuşdular.

Dünən Obama 6 günlük xarici səfərə yola düşüb. "Vida turnesi"ndə o, Yunanıstandan sonra Almaniya və Peruda olacaq.

Bu gün B.Obama Afinada Yunanıstanın baş naziri Aleksis Siprasla görüşüb, miqrasiya və Yunanıstanın xarici borcları məsələlərini müzakirə edib. Daha sonra B. Obama Parfenonda, Afinadakı Akropolda qloballaşma barədə nitqlə çıxış edəcək.

Almaniyada B.Obama kansler Angela Merkellə djanışıqlar aparacaq, Britaniyanın baş naziri Tereza Mey və Fransa prezidenti Fransua Ollandla görüşəcək, Peruda isə Asiya-Sakit Okean Ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatının forumuna qatılacaq, Çin lideri Si Szipin və Avstraliyanın baş naziri Malkoolm Ternbulla bir araya gələcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR