Azərbaycanda meşələrin qənimi kimdir? – VİDEO

Azərbaycanda meşələrin qənimi kimdir? – VİDEO
00:12 16 Noyabr 2016
180 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafa rayonunun Saloğlu ilə Muğanlı kəndlərinin arasındakı meşə zolağında ağaclar kəsilir.
Milli.Az spacetv.az-s istinadən xəbər verir ki, əsasən akasya ağaclarından ibarət olan meşənin ağacları kəsilib. Meşənin dərinliyinə getdikcə artıq mişarla kəsilmiş 200-dən cox 10-15 metr hündürluyundə ağaclarlar yığılıb. Bunlar ərazidən sakitcə cıxarılması ücün səliqəli şəkildə yığılıb. Meşənin dərinliyində səs-küydən uzaq olan ərazidə yük maşını və işci qüvvə işləyirdi. Öyrəndik ki, bunlar Köçvəlili kənd məktəbinin əməkdaşlarıdır. Məktəbdə qaz olmadığından qızdırıcı kimi odundan istifadə edirlər. Bu səbəbdəndə qış ehtiyyatı ücün quru odun toplayırlar. Bəs onda bu qədər ağaca qənim kəsilən kimdir? Cox kecmədi ki, əraziyə cavabdeh olan meşəbəyi Səməd Qocayev gəlib cıxdı . Ağacların qırılması ilə bağlı fikir bildirməkdə cətinlik cəkən meşəbəyi Ağstafa rayon Meşə mühafizəsi və Bərpası İdarəsinin direktor müavini ilə əlaqə saxlamağımızı istədi. Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktor müavini Anar müəllim isə telefonla söhbət zamanı qırılan 100-lərlə ağacı oduncaq kimi qələmə verdi:

- Bizim qırıntı sahəmiz var, oduncaq tədarük edirik.

- Hara tədarük edirsiz?

- İndi sovxozlar olmadığı ücün məktəblərə tədarük edirik.

Anar müəllimin sözlərinə görə, meşədən kəsilən ağaclar məktəblərin isidilməsi ücün verilir. Amma gözlə görünən material formasında toplanmış bu qədər gövdəsi nəm olan ağac hər halda nədənsə xəbər verir. Adından da göründüyü kimi Meşələrin Mühafizəsi və Bərpası idarəsi deyəsən mühafizə və bərpadan cox talama işinə baxır. Ümid edirik ki, təbiətin ağ ciyərlərinə qənim kəsilən bu cür insanlar cəzasını alacaq.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/489769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR