Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlin ən seksual kişisi seçildi - fotolar

İlin ən seksual kişisi seçildi - fotolar

Date: 16 November 2016 01:11

Amerikanın "People" jurnalı hər il olduğu kimi bu il də ilin ən seksual kişisini seçib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu il seksual kişi adına 44 yaşlı aktyor Dueyn Conson layiq görülüb. O, özü də seçimdən xəbərsiz olduğunu bildirib.

"Əla! Deyəsən, mən artıq istəyimə çatıram. Bundan sonra nə olacağını bilmirəm", - deyə Conson vurğulayıb.

Aktyor ekranlarda heç vaxt seksual görünməyə çalışmadığını, lakin həmişə dərisinin qeydinə qaldığını söyləyib.

"Hamımızın cəmi bir siması vr. Odur ki, onu qorumaq, qayğısına qalmaq mütləqdir", - deyə aktyor qeyd edib.




Tags:  İlin seksual kişisi seçildi fotolar

RƏYLƏR


Top news