Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan futbol millisinin rəqibləri qələbə qazana bilməyiblər

Azərbaycan futbol millisinin rəqibləri qələbə qazana bilməyiblər

Date: 16 November 2016 03:22

Bakı. 16 noyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının təsnifat mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan yığma komandalar bu gecə yoldaşlıq görüşləri keçiriblər.
"Report" xəbər verir ki, "C" qrupunun lideri Almaniya səfərdə İtaliya ilə üz-üzə gəlib və matçda hesab açılmayıb.
Son oyunda Robert Prosineçkinin yetirmələrinin 4:0 hesabı ilə məğlub edən Şimali İrlandiya bu dəfə Xorvatiyanı qəbul edib. Həmyerliləri Prosineçkinin qisasını darmadağınla alıblar.
Çexiya yığması isə Danimarka ilə öz meydanında keçirdiyi oyunda erkən qolla hesabı açsa da, üstünlüyünü əldən verib və nəticə etibarı ilə rəqiblərimizin heç biri qalib gələ bilməyib.
Qeyd edək ki, 4 oyundan sonra "C" qrupuna 12 xalla Almaniya yığması liderlik edir. Aktivində 7 xal olan Şimali İrlandiya və Azərbaycan komandaları müvafiq olaraq 2 və 3-cü pillələri bölüşür. Çexiya yığması 5 xalla 4-cü, Norveç isə 3 xalla 5-ci pillədə qərarlaşıb. Qrup sonuncusu San-Marinonun aktivində isə xal yoxdur.
15 noyabr
23:30. Çexiya - Danimarka - 1:1
Qollar: Antonin Barak, 8 - Nikolay Yorgensen, 39


23:45. İtaliya - Almaniya - 0:0


23:45. Şimali İrlandiya - Xorvatiya - 0:3
Qollar: Mario Mancukiç, 9, Duje Kop, 35, Andrey Kramarik, 68


Tags:  Azərbaycan futbol millisinin rəqibləri qələbə qazana bilməyiblər

RƏYLƏR


Top news