Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan BMT-də Krımla bağlı qətnamənin lehinə səs verib

Azərbaycan BMT-də Krımla bağlı qətnamənin lehinə səs verib

Date: 16 November 2016 03:47

Bakı. 16 noyabr. REPORT.AZ/ Ukrayna çərşənbə axşamı BMT Baş Assambleyasının III Komitəsində Krımda insan haqlarının pozulması ilə bağlı vəziyyəti pisləyən və Rusiyanı yarımadaya beynəlxalq müşahidəçiləri buraxmağa çağıran qətnamənin qəbul etdirilməsinə nail olub.
"Report" xəbər verir ki, sənədin lehinə 73 ölkə, o cümlədən Böyük Britaniya, ABŞ, Azərbaycan, Gürcüstan və Avropa İttifaqı ölkələri səs veriblər.
Rusiya, Ermənistan, Belarus, Venesuela, Çin, KXDR, Hindistan, İran, Qazaxıstan, Serbiya, Suriya, Özbəkistan da daxil olmaqla 23 ölkə sənədin əleyhinə səs verib. Daha 76 ölkə, həmçinin QırğızıstanTacikistan bitərəf qalıb.



Tags:  Azərbaycan BMT-də Krımla bağlı qətnamənin lehinə səs verib

RƏYLƏR


Top news