Maşınını həyətində saxladı, cərimələndi - VİDEO

Maşınını həyətində saxladı, cərimələndi - VİDEO
05:13 16 Noyabr 2016
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaqub Pakfərd dünən avtomobilini Bakıda Zərgərpalan küçəsindəki evinin qarşısındakı küçədə, yəni hər zaman saxladığı yerdə park edib. Evdən çıxdıqda isə avtomobilinin yerində olmadığını və cərimə meydançasına aparıldığını görüb. Ona bildirilib ki, avtomilini piyada səkisinin üzərində saxladığı üçün cərimə olunub.

Şikayətçi bildirir ki, həmin ərazidə heç bir qadağanedici nişan yoxdur. Üstəlik burada mütəmadi olaraq digər avtomobillər də park edilir.

Ekspert Ərşad Hüseynov isə deyir ki, həmin sürücünün cərimələnməsi tamamilə qanun çərçivəsindədir. Çünkü yol hərəkəti haqqında qanun piyada səkisində avtomobilin parklanmasını qadağan edir. Yəni həmin yolun sürücünün həyətinə yaxın olması və orada heç bir nişanın olmaması heç nəyi dəyişmir.

Paytaxtın mərkəzi küçələrində bənzər parklanmaların çox olması məsələni aktuallaşdırır. Bu isə o dəməkdir ki, gün ərzində xeyli sürücünü belə cərimə gözləyə bilər.

“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/176082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR