Boranı ponçikləri

Boranı ponçikləri
07:05 16 Noyabr 2016
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az boranı ponçiklərinin hazırlanma qaydasını təqdim edir

Tərkibi (10-12 pay): 

500 q boratı ləti 
un 
2 yumurta
4 x.q. şəkər tozu
1 paket qabartma tozu
1 paket vanilli şəkər tozu
1 çimdik duz
bitki yağı (qızartmaq üçün) 

Sobanı 200 dərəcə qızdırın. 

Boranı lətini 5-7 mm qalınlıqda doğrayıb üzərinə folqa çəkərək sobada 30 dəqiqə bişirin. Soyudun. 200 qramını ələyin içinə yığıb çəngəllə əzin, artıq suyu axandan sonra içinə yumurta, duz, şəkər tozu, qabartma tozu və vanil qatın. Qarışdıraraq az-az unu əlavə edin. Xəmir qatı xama kimi alınmalıdır.  

Soyuducuda 1 saat saxlayın.

Tavada bitki yağını qızdırın. Qaşığın 1/3-i qədər xəmirdən götürüb yağa salıb qazardın, kəfkirlə daim qarışdırıb hər tərəfinin qızarmasına nail olun. Kağız salfetlərin üzərinə düzün. Üzərinə şəkər pudrası səpin. 

Eyni qayda ilə almadan da ponçik xəmiri hazırlaya bilərsiniz. O zaman sadəcə almaları sürtgəcin iri gözündən keçirmək lazım gələcək. 

Nuş olsun! 

resept:  vk.com/academy_main

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/488284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR