Tarixin ən böyük sirlərini özləri ilə məzara aparan DAHİLƏR - FOTO

Tarixin ən böyük sirlərini özləri ilə məzara aparan DAHİLƏR - FOTO
07:32 16 Noyabr 2016
143 Maraqlı
Ölkə mətbuatı
A- A+

Həyatda hər kəsin öz sirri var. Lakin Yer üzündə elə insanlar da var ki, onlar bütün bəşəriyyətin sirlərini və ya zəruri olan müəmmaları bilirlər.

Milli.Az bildirir ki, publika.az-ın barəsində bəhs etdiyi insanlar məhz belələridir. Amma təəssüf ki, onlar sirlərini özlərilə axirət dünyasına aparıblar. Həmin şəxslərin bir neçəsi barədə maraqlı faktları təqdim edirik:

Arne Byorlinq və məxfi T52 kodu

Almaniya faşistlərinin istifadə etdikləri şifrəli, bədnam, amma keyfiyyətləri ilə çox gözəl "Enigma" maşını İkinci Dünya Müharibəsində məxfi yazışmalar, məxfi xəbərlər üçün istifadə olunurdu.
Aparat T52 və ya "Geheimschreiber" (mənası gizli katib deməkdir) adlanırdı. Almaniyanın düşmənləri hər vəchlə onun sirrini açmağa çalışır, məxfi yazışmaları əldə etməyə can atırdılar. Onun şifrəsini açmaq yalnız bir nəfərə - Arne Byorlinqə nəsib oldu.
Belə ki, İsveç 1940-cı ildə iki - qərbdə Adolf Hitler, şərqdə isə SSRİ arasında qalmışdı. Belə çətin siyasi vəziyyətdə ölkəyə baş verə biləcək hadisələrdən xəbərdar olmaq lazım idi ki, bu da kəşfiyyatın hesabına həyata keçirilirdi.
Əvvəllər T52-nin köməyi ilə yerinə yetirilmiş bütün xəbərlərin şifrini açmağı qeyri-mümkün hesab edilirdilər. Lakin riyaziyyat professoru Arne Byorlinq gizli kodu açmağa müvəffəq oldu. O, nəinki şifrələrin sirrini açmağı öyrəndi, həmçinin T52-nin kodunu da açdı.
Həmin vaxtdan İsveç faktiki olaraq nasistlərin tam məxfi xəbərlərinə giriş əldə etdi. Bir professorun köməyi ilə nasistlərin yazışmalarını öyrənən İsveç Hitlerin SSRİ-yə planlarından birinci xəbər tutan ölkə oldu.
Byorlinqdən kodun sirrini necə açdığını soruşduqda "Fokusçu heç vaxt özünün sirrini açmır", - cavabını verib. 1986-cı ildə Arne dünyasını dəyişdi. Lakin bu sirrini heç kimə vermədi. Bundan sonra heç bir şifrəçi T52-nin kodunu aça bilmədi.

Moris Uordun plastik kütlənin düsturu

Ötən əsrin 80-ci illərinin ortalarında ingilis ixtiraçısı Moris Uord 10,000 dərəcə istiliyə və zərbəyə davamlı plastik kütlə ixtira etdi. Onun gücü Xirosimaya atılmış atom bombasının gücündən 75 dəfə çox idi.
İxtiraçı onu "Starlite" adlandırdı və satmağa qərar verdi. Şübhəsiz, NASA yüngül və möhkəmliyi ilə seçilən "Starlite"la dərhal maraqlandı. Çünki bu, kosmik uçuşlarda və kosmik tikintilərdə inqilab idi.
İxtirasına görə heç bir mükafat almayan Moris Uord yüksək möhkəmliyə malik materialın sirrini açmadan 2011-ci ildə dünyadan köçdü. O, yalnız bunu demişdi: "Bu materialın hazırlanma formulu özündə 20 polimeri, sopolimeri və məhdud sayda keramikanı birləşdirir".

Nikola Tesla və yarımçıq qalmış simsiz elektrik layihəsi

Hazırda paytaxt Bakıda da heykəli olan Nikola Tesla hələ sağlığında bütün dünyada dahi fizik kimi tanınmışdı.
Lakin elmdəki çoxsaylı ixtiraları ilə şöhrətlənməsinə baxmayaraq, o özü Yer kürəsinin çox güman ən genişmiqyaslı - pulsuz simsiz elektrik layihəsini həyata keçirməyə nail olmadı.
İdeyanın mahiyyəti onun Vordenklif adlandırdığı (Bu, Tesla qalası kimi məşhurdur) yüksək qalanın tikintisindən, Yer kürəsinin ionosferdən istifadə etməklə planetimizin istənilən yerində simsiz elektrik keçiricisindən istifadəni reallaşdırırdı.
1905-ci ildə Tesla bu layihəni reallaşdırmaqdan ötrü eksperimentə başladı. Lakin ABŞ-dakı böhran layihənin dayandırılması ilə nəticələndi. 1943-cü ildə dünyasını dəyişən alim simsiz elektrik layihəsinin sirlərini də özü ilə məzara apardı.

Əbədi mühərriki ixtira edən Yoqan Bessler

Alman ixtiraçısı Yoqan Bessleri də bu siyahıya aid etmək olar. O, əbədi mühərrik ixtira etdiyini bildirib. Beş il ərzində bir neçə eksperiment keçirən mütəxəssis elmi elitanın diqqətini özünün yeni kəşfinə cəlb edə bildi. Yeni ixtira diametri 2 metr olan təkərin bir neçə kiloqramlıq yükü çəkməsindən ibarət idi. Onun rəsmi sınağı ilə bağlı məlumatda qurğunun 54 gün müdaxiləsiz işlədiyi vurğulanır. Eksperimentdə iştirak edənlər arasında alimlər, filosoflar vardı. Lakin onlardan heç biri yeni qurğunun iş xüsusiyyətini başa düşmədilər. Birinci Pyotr ixtiraya böyük marağı göstərirdi. O, Leydensk universitetinin riyaziyyat və astronomiya professoru Vilhelm Qravezandadan "əbədi mühərrik"in alınmasından əvvəl məsləhətləşməyi xahiş etdi.
Yoqan Bessler əbədi mühərrikin yaradılması sirlərinin oğurlanacağını düşünərək öz kəşfini məhv etdi. Alim öldükdən sonra bu kəşfi təkrarlayan ikinci şəxs olmadı.
Qeyd edək ki, alimlər müasir dövrdə də Besslerin ixtirasını təkrarlamağa çalışırlar. Ancaq göründüyü kimi buna hələ heç kim nail ola bilməyib.

Edvard Lidskalnin və daş qayaların yerdəyişməsi

ABŞ-a köçmüş latviyalı emiqrant Edvard Lidskalnin Floridada "Mərcan qalası" inşa etmişdi. İxtiraçının boyu 1,6 metr, çəkisi 50 kiloqram idi. Lakin təkbaşına 30 tonluq qaya daşlarını daşıya bilirdi.
Özü də o, təkbaşına işləyirdi. İki yeniyetmə iddia edir ki, böyük daşların havada buğa verildiyini gözləri ilə görüblər. Digərləri isə böyük daş konstruksiyalarını qaldırmaq üçün taxta altlıqdan və bir neçə ipdən ibarət hansısa avadanlığı gördüklərini təsdiq edirlər.
İxtiraçı bundan ötrü hansısa qara, özünün "sabitləçdirici əbədi mühərrik" adlandırdığı yeşikdən istifadə edirdi.
1951-ci ildə ölümündən sonra onun "Mərcan qalası" görməli yerlərdən birinə çevrildi. Bir çox turist indiyə qədər ona baxmağa gəlir. Maraqlı məqam bundan ibarətdir ki, 1986-cı ildə sıradan çıxmış "karusel qapı"nı indiyə kimi heç bir alim düzəldə bilməyib.
Lidskalnin özü isə bunun sirrini Misir piramidalarında gizlətdiyini təsdiq etdi. Təəssüf ki, o, bu sirri insanlara açıqlamaq istəmədi.

Milli.Az






RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkdilli dövlətlər arasında elektron imzanın tanınması ilə bağlı razılıq əldə olunub

26 May 2017 11:50

Bir ailənin qətlə yetirildiyi evdə iki uşaq özlərini ölülüyə vurub xilas oldu - VİDEO - FOTO

26 May 2017 11:47

Bakıda taksi sürücüsünü bıçaqla hədələyərək pulunu alan şəxs tutulub

26 May 2017 11:47

Göyərçin formalı ayaqqabılar

26 May 2017 11:44

Sankt-Peterburqdan Bakıya aviareyslərin sayı artır

26 May 2017 11:43

"Bu da sizə Mançesterə görə!" - Bomba hədiyyəsi - FOTO

26 May 2017 11:42

Qaxda su kanalının sahilindən silah-sursat aşkar edilərək götürülüb

26 May 2017 11:42

Mehriban Əliyeva azərbaycanlı modelyerin kolleksiyasından geyindi - FOTOLAR

26 May 2017 11:38

Yaşlı qadının həyatını "iPhone" xilas etdi - FOTO

26 May 2017 11:37

Rusiyada "Transformers" LADA hazırlandı - VİDEO

26 May 2017 11:37

"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

26 May 2017 11:36

Lapşinin istintaqı yekunlaşdı

26 May 2017 11:36

“iCloud” servisinin təhlükəsizliyi gücləndiriləcək

26 May 2017 11:35

Bu smartfon ilk dəfə tərəflər nisbəti 18:9 olan displeylə təchiz ediləcək

26 May 2017 11:35

Marketdən oğurladığı dana ətini alt paltarında gizlətdi...

26 May 2017 11:35

Azərbaycanlı miqrantlara Rusiyadan XOŞ XƏBƏR

26 May 2017 11:33

Gürcüstan paytaxtının əsl siması: olduğu kimi görünməyən Tiflis - FOTO

26 May 2017 11:32

Bakı Ali Neft Məktəbi Rumıniya universiteti ilə müqavilə imzaladı

26 May 2017 11:29

Miri Yusifin üçüncü övladı dünyaya gələcək - FOTO

26 May 2017 11:27

Rusiyalı həmsədr: “Danışıqların əsası yaxşı məlumdur və tərəflər bunu inkar etmir”

26 May 2017 11:27

ƏMƏLİYYAT: "100 manat"ı satarkən tutuldu

26 May 2017 11:24

İpoteka ilə mənzil alanlara yeni binadan ev veriləcəkmi? - Vüqar Səfərlinin CAVABI

26 May 2017 11:23

Qazıntılar zamanı tapılan sümüklər arxeoloqları dəhşətə gətirdi - FOTOLAR

26 May 2017 11:18

XİN başçısının müavini: "Azərbaycan və Vyetnam arasında ənənəvi dostluq əlaqələri sürətlə inkişaf edir"

26 May 2017 11:17

DİN saxta pul kəsənlərlə bağlı rəsmi məlumat yayıb

26 May 2017 11:17

Bu qadın ildə 77 min qazanır - Sinəsinin ölçüsü 134 sm-dir - FOTO

26 May 2017 11:17

80 milyon avroluq transfer reallaşır

26 May 2017 11:17

Heydər Əliyev Kubokunun püşkü atıldı

26 May 2017 11:15

240 ədəd saxta 100 manatlıq əsginas satarkən tutuldu (FOTO)

26 May 2017 11:15

Baş nazirin həyat yoldaşı: Həm kişidir, həm qadın

26 May 2017 11:13

Bakıda faciə: dostunun evindən meyiti çıxdı

26 May 2017 11:12

Saxta endirimlərlə necə mübarizə aparmalı? - Yeni təklif var

26 May 2017 11:12

Canlı yayımda studiyaya girən it aparıcını qorxutdu - VİDEO - FOTO

26 May 2017 11:12

“Neftçi”nin futbolçusu milliyə çağırıldı

26 May 2017 11:07

Elman Rüstəmovun iş adamları ilə görüşü təxirə salınıb

26 May 2017 11:07

"Qəbələ" "Dinamo" ilə qarşılaşacaq

26 May 2017 11:07

Ötən ay 2 mindən çox talassemiya xəstəsi aşkarlanıb

26 May 2017 11:06

Məşhur müğənni 5 günün içində hər əvvəkli, həm də indiki ərini itirdi

26 May 2017 11:05

Mançester terrorçusu hücuma belə hazırlaşıb - YENİ DETALLAR

26 May 2017 11:03

“İçerde”-nin fraqmenti YAYIMLANDI: hamı göz yaşına boğuldu - VİDEO

26 May 2017 11:03

“DəmirBank”la “Grand Motors”məhkəmədə barışıb

26 May 2017 11:02

"PAŞA Həyat"dan ilk addım – ATA-lara həsr olunan VİDEOÇARX

26 May 2017 11:01

Monteneqronun baş naziri Donald Trampın onu itələməsiylə bağlı insidenti şərh edib

26 May 2017 10:57

Türkiyədə universitet rektoru tutulub

26 May 2017 10:57

Nazirlər Kabineti dövlət sifarişli yerlərin sayını DİM-ə göndərib

26 May 2017 10:57

Bakıda dəhşətli zəncirvari qəza

26 May 2017 10:54

Psixoloji problemi olan aktyor: "Məndən qorxacaqsınız" - FOTO

26 May 2017 10:52

Bakıda dələduzluqda təqsirləndirilən bacılardan birinin cəzası azaldılıb

26 May 2017 10:52

İnsan başından top kimi istifadə edən, xoruzu qurban kəsən, çəpgözlüyü sevən xalq - FOTO

26 May 2017 10:48

"Məni bağışla" deyib 22 nəfəri öldürdü - FOTO

26 May 2017 10:47