Özcan Dənizin 19 yaşlı sevgilisi

Özcan Dənizin 19 yaşlı sevgilisi
07:39 16 Noyabr 2016
345 Digər
Ölkə mətbuatı
A- A+

Həm aktyor, həm də müğənni kimi fəaliyyət göstərən Özcan Dənizin yeni eşq yaşadığı bildirilir.

 

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Özcan Dənizlə "İkinci şans" filmində epizodik rol alan Afra Saraçoğlu arasında isti bir münasibət var. 19 yaşlı aktrisa Özcana "hocam" (müəllim) deyə müraciət etsə də, aktyor ona "sən olmasaydın, mən neyləyərdim. Həmişə yanındayam" kimi ifadələr yazır.

 

Qeyd edək ki, 44 yaşlı rejissor bundan əvvəl sözügedən filmdə rol alan 21 yaşlı Busə Narcı ilə sevgili olub. Daha sonra onlar ayrıldığı üçün Özcan Busənin oynadığı səhnələri filmdən çıxarmaq istəyib. O, keçmiş sevgilisinin filmdə göründüyü hissələri kəsib atmaq üçün prodüserlə də məsləhətləşib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259608

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR