NATO Azərbaycanla dialoqu gələn il də davam etdirmək niyyətindədi

NATO Azərbaycanla dialoqu gələn il də davam etdirmək niyyətindədi
08:33 16 Noyabr 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

NATO Azərbaycanla dialoqu gələn il də davam etdirmək niyyətindədir. Bu barədə Trend-ə Brüsseldə NATO-nun mətbuat xidmətindən məlumat verilib.

Ofisdən verilən məlumata görə, Azərbaycan və NATO arasında yeni fərdi fəaliyyət planına əməkdaşlığın müxtəlif aspektləri daxil ediləcək: "Növbəti fəaliyyət planına müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, effektiv idarəetmə üsullarının nəzərdən keçirilməsi, müdafiə islahatları sahəsində əməkdaşlıq, eləcə də hərbi təhsil sahəsində islahatlar barədə dialoq daxil olunacaq".

Yeni plan hazırda mövcud olan tərəfdaşlıq fəaliyyətinə əsaslanacaq.

Azərbaycan və NATO arasında əməkdaşlıq “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/176087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR