Işık: “Türkiyə PYD silahlılarına imkan verməyəcək”

Işık: “Türkiyə PYD silahlılarına imkan verməyəcək”
08:37 16 Noyabr 2016
73 Dünya
Ölkə mətbuatı
A- A+

PYD silahlıları Suriyanın şimalındakı Əl-Bab şəhərinə yaxınlaşarsa, bu onlara baha başa gələcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri Işık deyib.  
"Əgər PYD silahlıları Suriyanın şimalındakı rayonları birləşdirmək planlarından vaz keçməyəcəklərsə, bu onlara çox baha başa gələcək. Ankara PYD-nin Əl-Bab şəhərinə yaxınlaşmasını istəmir... Xatırlatmaq istərdim ki, Türkiyə Əl-Bab mövzusuna çox həssas yanaşır. Bu hamıya məlumdur. PYD silahlıları əvvəllər də bu şəhəri zəbt etməyə çalışıblar, lakin geri oturdurulublar", - deyə Işık bildirib.   
 
Nazirin sözlərinə görə, "Ərəfat qalxanı" əməliyyatı uğurla davam etdirilir.  
 
Qeyd edək ki, prezident Ərdoğan və baş nazir Binəli Yıldırım Suriya müxalifətinin Əl-Bab şəhərinə  doğru irəlilədiyini və tezliklə şəhərin İŞİD-dən azad ediləcəyini bildirib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR