Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tramp üçün brifinq keçirildi

Tramp üçün brifinq keçirildi

Date: 16 November 2016 09:05

ABŞ xüsusi xidmət orqanları ölkənin yeni seçilmiş prezidenti Donald Tramp və vitse-prezidenti Maykl Pens üçün brifinq keçiriblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Tramp və Pens brifinq zamanı ABŞ xüsusi xidmət orqanlarının məxfi materialları ilə tanış olublar. Xəbərə görə, analoji məlumatlar hər gün hazırkı prezident Barak Obamaya təqdim olunur. Bu tip məlumatlar "prezident rezümesi" adlandırılır.
 
Telekanal qeyd edir ki, əgər Tramp istəyərsə, ona hər gün məxfi məlumatlar təqdim edilə bilər.  Həmçinin qeyd olunur ki, Trampa təqdim ediləcək məxfi məlumatları Obama özü müəyyən edir. Məmurların sözlərinə görə, Obama ona təqdim edilən "rezümenin" tam mətninin Trampa da verilməsinə dair göstəriş verib.
 
Bu prosedur hakimiyyətin yeni administrasiyaya ötürülməsinin sürətləndirilməsi üçün həyata keçirilir.

Milli.Az


Tags:  Tramp brifinq keçirildi

RƏYLƏR


Top news