Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi öz işinə başlayır

Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi öz işinə başlayır
09:22 16 Noyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıqla bağlı Londonda növbəti Şura iclası keçirilib - FOTO (06 Mart 2017 21:05)
Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıqla bağlı Londonda növbəti Şura iclası keçirildi FOTO (06 Mart 2017 20:58)

Bu gün Heydər Əliyev Mərkəzində Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası keçiriləcək. Konqresdə Azərbaycandan AZƏRTAC və Trend İnformasiya Agentliyi təmsil olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçirilən tədbirlərə dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 100-ə yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları dəvət ediliblər. Azərbaycana 80-ə yaxın ölkədən 200-dək agentlik rəhbəri və nümayəndəsi, media ekspertləri gələcək. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunacaq. Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 22 ölkəsindən 29 agentliyin 50 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gələcək.

Noyabrın 16-da Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin və OANA-nın Baş Assambleyasının birgə açılış mərasimi olacaq. Devizi "Xəbər agentlikləri üçün yeni çağırışlar" olan Konqresin sessiyalarında "Xəbər istehlakının gələcəyi", "Xəbər agentlikləri - yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları", "Xəbər agentliklərinin innovasiyası", "Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi", "Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları" kimi aktual mövzularda diskussiyalar aparılacaq, yeni minillikdə sürətli transformasiyaya məruz qalan jurnalistikanın problemləri, xəbər agentlikləri ilə sosial medianın müxtəlif platformaları arasında əməkdaşlıq formaları müzakirə ediləcək.

Sessiyalarda beynəlxalq media qurumlarının - Dünya Konqresinin, OANA-nın, EANA-nın, FANA-nın prezidentləri, Associated Press, Reuters, Sinxua, Anadolu, TASS, France Press, Press Association, EFE, Yonhap, Kyodo, TT, SPA, BTA, AAP, İRNA, DPA, Notimex, ATPE və digər nüfuzlu informasiya agentliklərinin, "Los-Angeles Times" qəzetinin, "Al Arabiya" televiziyasının rəhbərləri, "Tripod Advisors", "News Corp", "PwC", "Axel Springer", "Stibo Accelerator" aparıcı media şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış edəcəklər.

Konqresdə iştirakçı agentliklərin "Xəbər", "Bayramlar" və "İdman" mövzularında 600-ə yaxın ən yaxşı fotoşəkillərindən ibarət albom təqdim olunacaq. Fotoalbom Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə nəfis tərtibatda nəşr edilib. Tədbir çərçivəsində AZƏRTAC ilə İspaniyanın EFE, Paraqvayın İP, Bəhreynin BNA agentlikləri arasında informasiya və təcrübə mübadiləsinə dair müqavilələr imzalanacaq, Konqresin rəhbər orqanları seçiləcək, Bəyannaməsi qəbul olunacaq. Bununla da, Konqresdə sədrlik AZƏRTAC-a keçəcək və agentlik 2016-2019-cu illərdə bu beynəlxalq quruma rəhbərlik edəcək.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov qeyd edib ki, Konqresin yarandığı vaxtdan indiyədək ilk dəfə olaraq BMT və UNESCO-nun rəhbərləri xəbər agentliklərinin bu dünya miqyaslı toplantısına diqqət ayıraraq iştirakçılara müraciətlərini göndəriblər:

"Çalışacağıq ki, Dünya Xəbər Agentlikləri Konqresi getdikcə daha da təşkilatlansın və beynəlxalq aləmdə xəbər agentlikləri üçün güclü quruma çevrilsin. Təşkilatlanma ilə bağlı bu cür addımlar artıq atılıb. Qeyd edim ki, Dünya Xəbər Agentlikləri Konqresinin icraedici orqanı olan Şuranın məhz Bakıda keçirilən son iclasında bu orqanın sədri və sədr müavini vəzifələri təsis edilib. Təşkilatın fəaliyyətini daha da təkmilləşdirmək üçün bu cür islahatları davam etdirmək əzmindəyik".

A.Aslanov həmçinin əlavə edib ki, noyabrın 18-də Bakıda OANA-nın XVI Baş Assambleyasının iclası da başlayacaq. O, Assambleyaya 40-dək agentlikdən 80-ə yaxın rəhbərin və təmsilçisinin qatılacağını bildirərək deyib:

"Növbəti üç ildə bu təşkilata da sədrlik, qurumun veb-saytının idarə edilməsi və digər təşkilati məsələlər AZƏRTAC-a həvalə olunacaq. Təşkilatın işini təkmilləşdirmək AZƏRTAC-ın prioritet məqsədlərindəndir. Bu sıraya OANA-nın veb-saytı vasitəsilə informasiya mübadiləsi işində fəallığı artırmaq, texnoloji yeniliklərin tətbiqi və digər məsələləri aid etmək olar. Bütün üzv agentliklərlə birgə OANA-nın fəaliyyətində yeni mərhələyə çatmağa çalışacağıq".

Qeyd edək ki, Dünya Xəbər Agentlikləri Konqresi Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə ilk dəfə 2004-cü il sentyabrın 24-25-də Moskva şəhərində keçirilib. Sonrakı konqreslərə müvafiq olaraq İspaniya, Argentina və Səudiyyə Ərəbistanı ev sahibliyi edib. Konqresin əsas orqanı Şuradır. 2013-cü ildə Ər-Riyadda keçirilən IV Konqresdə Associated Press, Reuters, Press Association, SPA, TASS, EFE, Kuna, AZƏRTAC və TELAM agentliklərinin rəhbərləri, regional media qurumları olan EANA, OANA və FANA-nın baş katibləri Şuraya üzv seçiliblər. Bakı Konqresində Şuranın yeni üzvləri seçiləcək.

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsinə kömək məqsədilə yaradılıb. Təşkilata 35 ölkədən 44 agentlik daxildir. AZƏRTAC 2004-cü ildən bu beynəlxalq qurumda fəal təmsil olunur, üç dəfə büro üzvü seçilib. 2013-cü ildə Moskvada keçirilən XV Baş Assambleyada AZƏRTAC gizli səsvermə yolu ilə 2016-2019-cu illərdə bu təşkilata sədrlik etmək hüququ qazanıb.

İnformşuranın noyabrın 16-da keçiriləcək XXII Bakı iclasının gündəliyinə qurumun 2016-cı ildə fəaliyyəti, müştərək layihələrin reallaşdırılması, informasiya mübadiləsinin genişləndirilməsi kimi məsələlər daxildir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Venesuelada etiraz aksiyaları: 3 nəfər öldü

25 Aprel 2017 08:57

Bəzi sufi təriqətlərində “sima” adlanan rəqsin mənası nədir?

25 Aprel 2017 08:57

Bakı sakini naməlum şəraitdə bıçaqlandı

25 Aprel 2017 08:53

Donuzlar İŞİD terrorçularını parçalayıb

25 Aprel 2017 08:52

840 at güclü Dodge SRT Demon haqqında 5 maraqlı fakt

25 Aprel 2017 08:52

Braziliyada polislə atışma: 3 ölü

25 Aprel 2017 08:47

Niyə yas məclislərində Quran oxunur?

25 Aprel 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

25 Aprel 2017 08:47

Başqasının mənzilinə icazəsiz girməyin - 2 min manat cərimə

25 Aprel 2017 08:44

Baş nazirin korteji qəza törətdi: bir ölü

25 Aprel 2017 08:43

Le Pen partiyasının işlərindən uzaqlaşıb

25 Aprel 2017 08:42

Xiaomi Mi Mix 2gəlir

25 Aprel 2017 08:42

ABŞ-da rusiyalı qadın güllələndi

25 Aprel 2017 08:37

Qondarma erməni soyqırımı: əsassiz iddialar və ermənilərin ifşa olunması

25 Aprel 2017 08:37

QALMAQAL! 16 yaşlı qız 2 futbolçu ilə... - FOTOLAR

25 Aprel 2017 08:37

Qahirədə Mursinin 20 tərəfdarı edam cəzası aldı

25 Aprel 2017 08:32

Samsung Galaxy S8 və S8+ satışa çıxarıldı

25 Aprel 2017 08:32

KİV: İraqda çöldonuzları İŞİD terrorçularını parçaladı

25 Aprel 2017 08:28

101 yaşlı idmançı 100 metrlik məsafəni qaşdı - FOTO

25 Aprel 2017 08:27

Duşan Popov - ikiqat casus

25 Aprel 2017 08:27

ABŞ-da atışma: azı 2 nəfər yaralanıb

25 Aprel 2017 08:22

Tənha dostların yarını tapmaq üçün əlavə yaradıldı

25 Aprel 2017 08:22

ABŞ-da yeni nazir təyinatı

25 Aprel 2017 08:18

Elton Con reanimasiyaya düşüb - FOTO

25 Aprel 2017 08:17

Tacikistanın qədim sakinləri: Lakay türkləri

25 Aprel 2017 08:17

ABŞ-ın yeni kənd təsərrüfatı naziri təyin edilib

25 Aprel 2017 08:17

Çilidə 7,1 bal gücündə zəlzələ olub

25 Aprel 2017 08:12

“Yandeks” onlayn tibbi xidmətlər göstərəcək

25 Aprel 2017 08:12

Dörd ilə insan beyni kompüterlə əlaqələndiriləcək

25 Aprel 2017 08:05

Goranboyda 4 otaqlı ev yanıb

25 Aprel 2017 08:05

Şimal qütbünü kim kəşf edib, Frederik Kuk, yoxsa Robert Piri?

25 Aprel 2017 08:05

101 yaşlı idmançıdan inanılmaz qələbə - VİDEO

25 Aprel 2017 08:03

Masazırda Kamaz Opel-ə çırpıldı: 3 yaralı - FOTO

25 Aprel 2017 07:57

5 medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıblar - FOTO

25 Aprel 2017 07:52

Facebook dəri ilə “eşitməyə” kömək edəcək

25 Aprel 2017 07:52

Səhhətinizin vəziyyətini 1 DƏQİQƏYƏ ÖYRƏNİN - FOTO

25 Aprel 2017 07:48

Bakıda "təcili yardım"ın sürücüsü və tibb bacısı döyülüb - FOTO

25 Aprel 2017 07:47

iPhone 8-in çertyoju internetə sızdırılıb

25 Aprel 2017 07:47

Reallıq eynəyi cihazları əvəzləyəcək

25 Aprel 2017 07:37

Lüks velosiped - FOTO

25 Aprel 2017 07:32

Bütün qitələri gəzərək ov edən azərbaycanlı ovçu - VİDEO

25 Aprel 2017 07:28

Əlavə reallıq 18,5 milyard dollara çatacaq

25 Aprel 2017 07:27

Windows 10 üçün böyük yeniləmələr var

25 Aprel 2017 07:12

Robot çinlilərin üzünü qara çıxartdı

25 Aprel 2017 07:03

ABŞ Ukraynaya maliyyə yardımını azaldır

25 Aprel 2017 06:44

İspan gözəlin FOTOları

25 Aprel 2017 06:32

Dünya üzrə metronun qəribə sərnişinləri - FOTOLAR

25 Aprel 2017 06:28

ABŞ-da təyyarə qəzası: ölən və yaralanan var

25 Aprel 2017 06:09

Cici və Mert - FOTO

25 Aprel 2017 05:37

Cüdoçularımız vətənə qayıtdı - 5 medalla

25 Aprel 2017 05:28