"Şalvarlı" qapıçı millidən getdi

"Şalvarlı" qapıçı millidən getdi
09:42 16 Noyabr 2016
70 İdman
Ölkə mətbuatı
A- A+

Macarıstan yığmasının qapıçısı Qabor Kiray millidəki karyerasını başa vurub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 40 yaşlı qolkiper dünən İsveçlə yoxlama matçında millidəki son oyununu keçirib.

1998-ci ildən Macarıstan millisində 108 oyunda çıxan Kiray yığmada ən çox oyun keçirən futbolçudur.  

Qeyd edək ki, "Avro-2016"da iştirak edən Q.Kiray Avropa çempionatlarının final tarixinin ən yaşlı futbolçusu olub. O, hazırda Macarıstanın "Haladaş" klubunda çıxış edir.

Xatırladaq ki, Qabor Kiray meydana futbolçu şortu əvəzinə şalvarda çıxmağa üstünlük verdiyindən ona "şalvarlı" qapıçı deyirlər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR