Fransa orduya pul çatdıra bilmir - Şok hesabat

Fransa orduya pul çatdıra bilmir - Şok hesabat
09:42 16 Noyabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa Auditorlar Palatası Müdafiə Nazirliyinin ölkə daxilində və xaricdə apardığı hərbi əməliyyatlara ayrılan vəsaitlə bağlı hesabat hazırlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, hesabatda ayrılan vəsaitin həddindən çox olduğu, getdikcə dövlətin bu əməliyyatları maliyyələşdirməkdə ciddi problemlərlə üz-üzə qalacağı bildirilib:

"Ölkə daxilində və xaricdə aparılan əməliyyatlarda təchizat və kadr çatışmazlığı yeni əməliyyatlarda ordunun iştirakını zəiflədəcək.

Fransa ordusu 2012-2015-ci illərdə dünyanın 9 nöqtəsində aktiv əməliyyatlarda iştirak edib. Yaxın Şərq və Afrikada radikal terror təşkilatları ilə mübarizəyə ordunun 8 min hərbçisi cəlb edilib. Ölkə daxilində isə terrorla mübarizə məqsədilə 7 min hərbçi xidmət edir".

Hesabatda mövcud durumda ordunun maddi imkanları ilə atdığı addımların üst-üstə düşmədiyi göstərilib. Ayrıca, Fransanın müdafiə xərcləri götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün də kifayət etmir.

Auditorlar Palatası Müfadiə Nazirliyinin illik büdcədən xeyli çox xərc çəkdiyini də tənqid edib.

Xatırladaq ki, Fransa Müdafiə Nazirliyi sonuncu dəfə ölkə daxilində və xaricində aparılan əməliyyatlar üçün hökumətdən əlavə 830 milyon avro vəsait tələb etmişdi.

Müdafiə Nazirliyinə 2016-cı il dövlət büdcəsində ölkə daxilində və xaricində apardığı əməliyyatlar üçün 1 milyard 15 milyon avro vəsait ayrılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR