“Bakı Dəmir-Beton 7”nin rəhbərliyi yenidən formalaşdırılacaq

“Bakı Dəmir-Beton 7”nin rəhbərliyi yenidən formalaşdırılacaq
09:42 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Dekabrın 30-da "Bakı Dəmir -Beton 7” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 
Yığıncağın gündəliyinə müəssisənin İdarə Heyətinə yeni sədr seçilməsi, Müşahidə Şurasının yeni tərkibinin müəyyən edilməsi və digər məsələlər daxildir.
Yığıncaq saat 11.00-da Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2a ünvanında baş tutacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/baki-demir-beton-7-nin-rehberliyi-yeniden-formalasdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR